Audi Q5 krossoverinin cari nəsli 2021-ci ildə yenilənmədən keçib, lakin onun 2017-ci ildə debüt etdiyi məlumdur. Beş yaşına baxmayaraq, krossover əvvəlki kimi öz çevikliyi ilə seçilir və bunu İspaniyanın km77.com nəşrinin keçirdiyi “sığır” testində də nümayiş etdirib. İspan jurnalistləri sınaqlar üçün Audi Q5 Sportback 45 TFSI “mülayim” hibridini götürüblər.
İspan dərgisinin apardığı sınaqlar cəlbedici krossoverin “sığır” testini 77 km/saat həddində asanlıqla yerinə yetirdiyini göstərib. Q5 modelinin məhsuldarlığı o qədər heyranedicidir ki, 75 km/saat həddinə keçirilmiş cəhd zamanı, avtomobil öz sürücüsünü hazırlıqsız yaxalayıb.
Kadrlardan da göründüyü kimi, çıxışdakı manevr sürücünün mövcud olmayan izafi dönmə qabiliyyətinə reaksiyasıdır. Krossover sınaqlar zamanı qıs-qıvraq olduğunu nümayiş etdirib və bu hal79 km/saat həddinə qədər davam edib. Tapşırığı 80 km/saat sürətilə yerinə yetirən krossover yalnız bir konusa toxunub.
Bundan başqa, Q5 Sportback heç zaman kəskin hərəkətləri ilə seçilməyib. Avtomobilin yüksək sürətlərdə üzə çıxan əsas cəhəti çatışmayan dönmə qabiliyyətidir. Bu cəhət aqressiv idarəetmə zamanı sürücünü sevindirməsə də, lakin sabit və proqnozlaşdırılan idarəetmə üçün daha məqsədəuyğundur. Bu xüsusiyyət avtomobilin sürətini azaltsa da, Audi sonuncu döngədən konuslara toxunmadan çıxıb. 80 km/saatında yerinə yetirilən cəhd zamanı isə, avtomobil ön bamperi ilə ilk konusu vuraraq yıxıb.
Əlbəttə ki, avtomobilin müxtəlif konfiqurasiyaları müxtəlif göstəricilərə malik ola bilərlər. Sınaqlarda iştirak edən kupe-kross pnevmatik asqı (avtomatik rejimdə işləyən) və 255/45 ölçülü Pirelli Scorpion şinləri taxılmış 20-düymlük disklər ilə təchiz olunub. Onun kapotunun altında 265 at qüvvəsi hasil edən 2,0-litrlik turbomühərrik yerləşir.
Qeyd etmək lazımdır ki, Q5 krossoveri “sığır” testində qohum Audi RS3 və Audi e-tron GT modellərindən daha yeyin olub. O, həmçinin Honda Civic (77 km/saat) və BMW i4 (73 km/saat) modellərini də geridə qoyub.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.