Audi bu günə qədər Q5 modellərini yalnız MHEV plus sistemi ilə təklif edirdi – belə versiyalar 48 voltluq elektrik mühərriki (24 at qüvvəsi), 1,7 kilovat/saatlıq batareya və qoşa muftalı yeddi pilləli S tronic “robotu” ilə təchiz olunurlar.

Krossoverlər ya 2,0-litrlik benzin turbomühərriki (204 at qüvvəsi, 340 Nm) və ya eyni həcmli turbodizel (204 at qüvvəsi, 400 Nm) ilə təklif olunurlar. Birinci halda, ön və ya tam ötürmə atasında seçim etmək mümkündür. İkinci halda isə, tam ötürmənin alternativi yoxdur. “Bərkgedən” SQ5 və SQ5 Sportback modifikasiyaları 3,0-litrlik V6 turbomühərriki (367 at qüvvəsi, 550 Nm) və tam ötürmə sistemi ilə təklif olunurlar.

İndi Audi bu ailəni plagin hibrid versiyaları ilə genişləndirmək qərarına gəlib. Belə versiyaların adına e-hybrid indeksi əlavə olunur. Onlar PHEV qurğusunu cari nəsil Audi A5 və A6 modellərindən götürüblər.

Hibrid sistem 143 at qüvvəli elektrik mühərrikini quraşdırılmış 7-pilləli S tronic “robotu” ilə tandemdə işləyən 252 at qüvvəli 2,0-litrlik benzin turbomühərrikinə əsaslanır. Başlanğıc versiyaların ümumi hasilatı 299 at qüvvəsi və 450 Nm təşkil edir. Top  versiyalar isə, 367 at qüvvəsi və 500 Nm-ə malikdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Sistemin tərkibinə həmçinin avtomobillərin arxa hissəsində iki səviyyədə yerləşən dartma batareyası daxildir. Onun tutumu 25,9 kilovat/saatdır (onun 20,7 kilovat/saatı əlçatandır). Bort şarj cihazının gücü 11 kilovatdır, batareyanı tam doldurmaq üçün 2,5 saat vaxt lazımdır. Elektrik dartması ilə qət edilən məsafə (maksimal sürət 140 km/saatda məhdudlaşdırılıb) yalnız “adi” krossover üçün göstərilir: Audi Q5 e-hybrid üçün bu rəqəm 113 kilometrdir (WLTP dövrünə əsasən).

Hibrid rejimdə PHEV versiyalarının maksimal sürəti (kuzov növündən asılı olmayaraq) 250 km/saat təşkil edir. Audi Q5 və Q5 Sportback e-hybrid modelinin zəif versiyaları ilk “yüzlüyə” 6,2 saniyəyə, top versiyaları isə, 5,1 saniyəyə sürətlənir. Modellər firma quattro tam ötürməsi ilə təchiz edilirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Plagin hibridlərin təchizatına S idman asması və üç zonalı iqlimə nəzarət sistemi daxildir. Daha güclü modifikasiyalarda həmçinin tam LED optika, təkmilləşdirilmiş multimedia sistemi, qara dəri və eko-dəri ilə üzlənmiş idman oturacaqları, orijinal 19-düymlük təkər diskləri və qırmızı əyləc supportları quraşdırılır.

Audi Q5 və Q5 Sportback e-hybrid modellərinin istehsalı San Xose Çiapadakı (Meksika) zavodda təşkil olunub. Plaginlər Avropadakı  satışlarına cari ilin üçüncü rübündə başlanacağı məlumdur. Almaniyada “adi” plagin hibridin başlanğıc qiyməti 63 400 avro, top versiyasının qiyməti isə, 71 800 avrodan başlayır. Oxşar kross-kupelərin qiyməti müvafiq olaraq 65 900 avro və 74 300 avro təşkil edir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.