Aud markasının model xəttində daha iki qoşulan hibrid peyda olub: A8, A7 Sportback, A6 və Q5 modellərinə iki Q7 krossoveri qoşulub. 60 TFSI e və 55 TFSI e indekslərinə malik olan krossoverlər 3,0-litrlik altısilindrli turbomühərrik və avtomatik ötrümələr qutusuna quraşdırılmış elektromotora sahib olublar. Avtomobillər sif elektrik ötürməsi ilə 43 km qət edə bilərlər.
Hər iki hibrid krossoverin güc qurğusunun əsasında 340 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 3,0-litrlik TFSI mühərriki durur. Hibrid hissə mühərrik və ötürmələr qutusunun arasında yerləşdirilmiş elektromotor və 17,3 kVs-lıq batareyadan ibarətdir. Elektromotor 94 kVt və 350 Nm hasil edir. Batareya isə hər birində 168 prizmatik özək olan 14 moduldan ibarətdir. İki modifikasiya arasındakı fərq yalnız güc qurğunun hasilatındadır: Q7 60 TFSI e modeli 456 at qüvvəsi və 700 Nm-ə, Q7 55 TFSI e isə 356 at qüvvəsi və 600 Nm-ə malikdir.
Audi Q7 60 TFSI e modeli 100 km/saat həddinə 5,7 saniyəyə, 55 TFSI e isə 5,9 saniyəyə sürətlənir. Elektrik yükləmə nöqtəsi kuzovun sol arxa tərəfində yerləşir. Krossoveri ictimai yükləmə nöqtələrinə və ya Avropada 110 min terminalı olan Charging Service firma servisinə qoşmaq olar.
Batareyanın enerjisinin effektiv istifadəsinə PEA effektivlik yardımçısı nəzarət edir. DYM ilə elektromotor arasındakı seçim alqoritmi müəyyən edilmiş marşrutun xüsusiyyətlərinə (sürət məhdudiyyəti, səthin növü və ərazinin relyefi) əsasən tənzimlənir. Bundan başqa, PEA başqa maşınların yaxınlığına nəzarət edərək, gillətmə ilə getməyi və enerjini rekuperasiya etməyi seçə bilər. Eyni zamanda, sürücü enerjinin qorunmasını təmin edən Hold rejimini və ya elektrik ötürməsindən məcburi istifadəni təmin edən EV rejimini də aktivləşdirə bilər.
Audi e-tron modelindəki kimi mənfi 0,3 g gücünə kimi bütün yavaşlamalar elektromotor tərəfindən həyata keçirilir. Kəskin əyləcləmə zamanı isə adi mexanizmlər işə düşür. Q7 modelinin rekuperasiya sisteminin gücü 80 kVt təşkil edir. Gillətmə ilə gedərkən krossover batareyaya 25 kVt-a qədər enerjini qaytara bilir.
Audi artıq Almaniyada Q7 6- TFSI e və 55 TFSI e modellərinə sifarişləri qəbul edir. Top variant 89.500, ikinci variant isə 74.800 avrodan başlayan qiymətlərlə təklif edilir.