Audi Q7 krossoveri bu yaxınlarda ikinci dəfə yenilənib, indi isə, təkmilləşdirilmə növbəsi onun təkrar doldurulan hibrid versiyalarına, eləcə də kupeşəkilli Audi Q8 krossoverinin plagin versiyalarına gəlib çatıb. Hibrid krossoverlər dinamika və elektrik ötürməsi ilə yürüş məsafəsinə müsbət təsir göstərən yeni elektrik mühərriklərini və dartma batareyalarını əldə ediblər.

Yeni 370 voltluq batareya hər birində 70 amper-saatlıq 17 elementdən ibarət olan altı modula malikdir. Daha sıx daxili tərtibat batareyanın xüsusi enerji tutmunu artırmağa imkan verib ki, nəticədə onun tutumu restaylinqdən əvvəlki avtomobillərdəki 17,3 kilovat/saat əvəzinə 25,9 kilovat/saata (22 kilovat/saat istifadə olunur) çatıb. Elektrik rejimində WLTP dövrü üzrə yürüş məsafəsi 85 kilometrə (şəhərdə - 90 kilometr) çatıb, baxmayaraq ki, əvvəllər krossoverlər cəmi 43 kilometr qət edə bilirdilər.

Hibridlər əvvəlki kimi, 3.0 TFSI V6 benzin turbomühərriki (340 at qüvvəsi, 450 Nm) və səkkiz pilləli “avtomat” ilə təchiz edilirlər. Digər tərəfdən, yeni elektrik mühərriki 55 TFSI e quattro baza hibridnin ümumi hasilatını 381 at qüvvəsi 394 at qüvvəsinə qədər artırsa da, qurğunun fırlanma anı dəyişməyib - 600 Nm. Nəticədə, 100 km/saat həddinə sürətlənmə vaxtı 5,9-dan 5,7 saniyəyə qədər azalıb. 

60 TFSI e quattro top versiyasının hasilatı 490 at qüvvəsi (əvvəl 456 at qüvvəsi) və 700 Nm təşkil edir ki, bu da ona 100 km/saat həddini 5,7 saniyəyə deyil, 5,0 saniyəyə toplamağa imkan verir. Hər iki variantda da maksimal sürət elektronika tərəfindən 240 km/saat həddində məhdudlaşdırılıb. Sırf elektrik ötürməsi ilə, krossoverlərin maksimal sürəti 135 km/saat təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt

Hər iki modifikasiyanın tam dolu batareya ilə pasport üzrə yanacaq sərfiyyatı 100 kilometə cəmi 1,4 litr təşkil edir. Batareya boşaldıqda isə, krossoverlər artıq 100 kilometrə 10,9 litr benzin sərf edirlər. 7,4 kilovatlıq dəyişən cərəyanlı şarj qurğusundan 0-dan 100 faizə qədər doldurulması 3 saat 45 dəqiqə çəkir. Rekuperasiya gücü 80 kilovata çatır və bu zaman yavaşlama qüvvəsi 0,3 g təşkil edir. Bundan əlavə, ilk dəfə olaraq, Audi Q7 və Q8 hibrid krossoverləri üçün elektron idarə olunan eAWS stabilizatorları və tam idarə olunan şassi təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt

Avropada yenilənmiş təkrar doldurulan Audi Q7 və Q8 hibridlərinə sifarişlər artıq qəbul edilir. Audi Q7 55 TFSI e versiyasının qiyməti 85 500 avrodan, eyni indeksli kupeşəkilli Q8 modelinin isə, 92 900 avrodan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.