Audi şirkəti Q8 krossoverini iki qoşulan hibrid güc qurğusu ilə təchiz edilən modifikasiyalarını təqdim edib. Belə krossoverlər yalnız Avropa bazarında təklif ediləcək və 75.351 avrodan başlayan qiymətlər ilə satılacaqdırlar.
Audi Q8 qoşulan hibridlərinin güc qurğuları Volkswagen Touareg modeli ilə unifikasiya edilib. Bu aqreqatlar 340 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 3,0-litrlik TFSI modelinə əsaslanır. Qurğunun tərkibinə elektomotor inteqrasiya edilmiş səkkiz pilləli “avtomat” daxildir. Q8 55 TFSI e quattro versiyasında ümumi hasilat 381 at qüvvəsi və 600 Nm, 60 TFSI e quattro versiyasında isə 462 at qüvvəsi və 700 Nm təşkil edir.
Elektrik mühərriki, döşəmənin altında yerləşdirilmiş 17,8 kilovat-saatlıq (əslində 14,3 kilovat-saat əlçatandır) nominal tutumu olan litium-ion batareyasından qidalanır. Batareyanın 7,4 kilovatlıq terminaldan doldurulmasına 2,5 saat gərəkdir.
Q8 55 TFSI e Quattro modeli elektrik rejimində 47 kilometr (WLTP) qət edə bilər. Dah güclü versiyanın yürüş ehtiyatı bir qədər azdır - 45 kilometr. 55 TFSI e quattro versiyası 100 km/saat həddinə sürətlənməyə 5,4 saniyə sərf edir, 60 TFSI e modelinə isə 5,8 saniyə gərəkdir. Hər iki modifikasiyanın maksimal sürəti 240 km/saat həddində məhdudlaşdırılıb.
Krossover yalnız elektrik ötürməsi ilə hərəkət etməyə imkan verən EV rejiminə, habelə üç alt kateqoriyaya bölünən Hybrid rejiminə malikdir: Auto, Hold and Charge. Birinci halda, sistem özü optimal rejimi seçir - aşağı sürətlərdə elektrik dartmasına keçir, yüksək sürətlərdə isə daxili yanma mühərrikini birləşdirir. Hold rejimi batareyanın enerjisinə qənaət edir, Charge isə hərəkət zamanı batareyanı doldurur.
Bundan başqa, avtomobil Drive Select sisteminin yeddi profilinə malikdir: Comfoer, Efficiency, Auto, Dynamic, Individual, Offroad və Allroad. Sonuncu profil, top versiyalı modelin standart avadanlıq siyahısına daxil edilmiş adaptiv pnevmoasqı ilə birlikdə təklif olunur. Hibrid krossoverlərin baqaj bölməsinin həcmi adi Q8 modeli ilə müqayisədə 100 litr azdır.
Audi Q8 55 TFSI e quattro modelinin Almaniyadakı satış qiyməti 75.351 avrodan, 60 TFSI e quattro modelinin isə 92.800 avrodan başlayır.