Audi şirkəti bir müddət bundan öncə təqdim etdiyi yığcam Q2 krossoverinin “qaynar” variantının sınaqlarını həyata keçirir. Audi SQ2 adını alacaq avtomobilin kamuflyajsız görüntüləri bu günlərdə məşhur Nürburqrinq trekinin “Şimal ilgəyində” cəsus fotoqraflar tərəfindən çəkilmişdir. Yeni krossover S3 modelindən alınmış 310 at qüvvəsi gücü olan 2,0-litrlik turbomühərriklə təchiz ediləcəkdir. Əlavə olaraq, “qaynar” krossover başqa radiator barmaqlığını, iri hava girişləri olan ön bamperi, genişləndirilmiş təkər tağlarını və cütlənmiş boruları olan səsboğucu sistemi əldə etmişdir.

Aprel ayında Audi SQ2 modelinin 2017-ci ilin sonlarında və ya 2018-ci ilin əvvəlində rəsmən təqdim ediləcəyi bildirilsə də, "Autocar" dərgisinin bildirdiyinə görə, təqdiman 2018-ci ilin iyununda keçiriləcəkdir. Audi SQ2 modelinin təqdimatından bir müddət sonra krossoverin daha ekstremal variantı olacaq RSQ2 modifikasiyasının da buraxılacağı bildirilir.

Bu avtomobil RS3 hetçbekindən götürülmüş 2,5-litrlik beşsilindirli turbomühərriklə hərəkətə gələcəkdir. Xatırladırıq ki, bu tubomühərrik 367 at qüvvəsinə malikdir. “Bərkgedən” Audi RSQ2 krossoverinin nə zaman təqdim ediləcəyi məlum deyildir.

Yığcam Audi Q2 krossoverinin kütləvi nümayişi bu ilin mart ayında keçirilmiş Cenevrə avtosalonunda baş tutmuşdur.

Yeni krossover gücü 116 – 190 at qüvvəsi arasında dəyişən benzin və dizel mühərrikləri ilə təklif ediləcəkdir. Audi Q2 modelinin satışlarına bu ilin noyabrında start veriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt