Audi R8 modeli 14 il əvvəl bazar debütü edib və bu müddət ərzində cəmi bir dəfə, 2015-ci ildə nəsil dəyişdirib. Son illərdə Avropada bu superkara olan tələbat getdikcə azalır və gözlənilənlərin əksinə olaraq, R8 modelinin yeni nəsli 2023-cü ildə işıq üzü görməlidir. Alman Autobild nəşrinin məlumatına görə, yeni sportkar 4,0-litrlik V8 biturbomühərrikinin əsasında yaradılmış hibrid güc qurğusu ilə təchiz edilən tamamilə yeni bir avtomobil olmalıdır. Güc qurğusunun hasilatının 700 at qüvvəsinə çatacağı söylənilir.

Alman jurnalistləri ikinci versiyanı da səsləndiriblər: nəsil dəyişikliyi ilə, Audi R8 modeli tamamilə elektrik ötürməsinə keçə bilər. Əslində bu, Avropada ekoloji normaların və avtoistehsalçılara olan tələblərin sərtləşdirildiyi bir vaxtda məntiqli səslənir. Lakin, xatırlatamaq gərəkdir ki, Audi artıq 2015-ci ildə belə bir avtomobili alıcılarına təklif etdirdi – o zaman R8 e-tron adlandırılmış elektrokar populyarlıq qazana bilməmişdi.

Audi R8 e-tron

Audi R8 e-tron modelinin uğursuzluğunun başlıca səbəbi bahalı akkumulyatordu idi –elektrokar bir milyon dollarlıq qiymətə malik idi və yarım il ərzində alman istehsalçısı yüzə yaxın avtomobil sata bilmişdi. İndi isə, batareyaların istehsalı yeni səviyyəyə yüksəlib və çox güman ki, Audi rəqabətcil qiyməti olan idman elektrokarı yarada biləcəkdir.

Cari R8 modelinə gəldikdə isə, keçən ilin nəticələrinə görə, Avropa bazarında 747 ədəd idman kupesi satılıb ki, bu da ondan əvvəlki illə müqayisədə 21,3% azdır. Əlbəttə ki, koronavirus pandemiyası ucbatından tətbiq edilən məhdudiyyətlər də öz sözünü deyib. Cari nəsil Audi R8 modeli üçün ən uğurlu il 2016-cı iı olub. Həmin ildə Audi 1428 sportkar satıb.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.