Audi şirkəti R8 superkarının Şimali Amerika bazarı üçün nəzərdə tutulmuş xüsusi yubiley versiyanı təqdim edib. 30 nüsxəlik tirajla buraxılacaq yubiley seriyası Audi R8 V10 quattro superkarının bazasında yaradılıb. Xüsusi seriyadan olan kupe və spayderlər geniş opsiyalar dəsti, dekoru və eksklüziv kuzov rəngləri ilə seçiləcəkdirlər. Unikallıq və standart olmayan avadanlıqlar üçün əlavə ödəniş, kuzov növündən asılı olaraq, 14-16 min dollar arasında olacaqdır.
Audi şirkəti yubiley seriyasını R8 Limited Edition adlandırıb və məhdud saylı avtomobillərin keçən il onillik yubileyi qeyd olunan V10 mühərrikinə həsr edildiyini vurğulayıb. 30 nüsxəlik tirajla buraxılacaq R8 Limited Edition modelərindən yalnız beşi spayder, qalan 25-i isə kupe olacaqdır. Yumşaq tavanlı spayderlər Mugello Blue rənginə boyanacaqdır. Kupenin alıcıları isə daha geniş rəng seçiminə malik olacaqdırlar: 15 avtomobil Mugello Blue rənginə, qalan 10 avtomobillərin birinci yarısı Avus Silver, digər yarısı isə Sonoma Green rənginə boyanacaqdır.
Yubiley seriyasından olan Audi R8 V10 quattro modelinin əsas xüsusiyyətlərindən biri, 620 at qüvvəsinə sahib olan Performance versiyasının aksesuarlarından ibarət olan avadanlığıdır. Məsələn, standart avadanlıqlar siyahısına 20-düymlük beşqollu Milled təkər diskləri, yüngülləşdirilmiş idman buraxılış sistemi, yan tərəfin və ətəklərin kompozit örtmələri daxildir. Bundan əlavə, model karbondan hazırlanmış ön splitterə və kpndələn dayanıqlılıq stabilizatorları quraşdırılmış, yan güzgülər gümüş, supportlar isə qırmızı rəngə boyanmışdırlar.
İnteryerin tərtibatı da bir qədər dəyişdirilib: tavan rombşəkilli naxışları olan alkantara bəzədilmiş, ön panelin və havalandırma kanallarının kənarları karbona bəznər haşiyə ilə tərtib edilmiş, oturacaqlar və idarəetmə orqanlarındakı tikişlər təkcə qırmızı rəngdə deyil, həm də boz ola bilər.
Texniki cəhətdən yubiley avtomobilləri Audi R8 V10 quattro modelindən heç nə ilə fərqlənmir: kapotun altında 570 at qüvvəsi və 550 Nm fırlanma anı hasil edən V10 atmosfer mühərriki yerləşir. Güc aqreqatı 7-pilləli preselektiv "robot" və quattro sistemi ilə tandemdə çalışır.
Audi R8 V10 Quattro Limited Edition kupesinin qiyməti 186 min dollardan başlayır. Spayder 10 min dollar baha başa gələcəkdir. Müqayisə üçün, ABŞ-da adi R8 kupesi üçün 170.000 dollar, spayder üçün isə 182.000 dollara başa gəlir. 2021-ci model ilində "sadə" Audi R8 V10 quattro modeli ABŞ-da satılmayacaqdır: model çeşidində Performance superkarları qalacaqdır.