Audi şirkəti R8 sportkarının xüsusi versiyasını məşur Nürburqrinq yarış trekinin şərəfinə adlandırıb. Alman şirkətinin marketoloqları "Şimal ilgəyinin" qeyri-rəsmi ləqəbindən istifadə ediblər – Green Hell, yəni İngilis dilindən tərcümədə "Yaşıl Cəhənnəm" . Treki ilk dəfə “Yaşıl Cəhənnəm” adlandıran şəxs Formula 1 üzrə gələcək üçqat dünya çempionu Ceki Stüart olub.
Audi Sport yarış bölməsinin bu treklə bağlı xoş xatirələri mövcuddur: R8 LMS prototipləri 2012-ci ildən bəri bu trekdə keçirilən 24 saatlıq yarışlarda beş dəfə qalib gəldiblər.
Audi R8 Green Hell Edition mülki modeli yarış kupesinin rənglərinə sahib olub: tünd yaşıl üstünlük təşkil edir, güzgülər, arxa antiqanad, yan ətəklər, hava girişləri və damın bir hissəsi qara rəngə, 20-düymlük təkər diskləri isə qara və tünd qırmızı rəngə boyanıblar.
İnteryer tünd boz çalarlarda tərtibata malikdir - idman oturacaqları və sükan alkantara, qapı kartları və ön panel isə dəri ilə örtülüb. İnteryerdəki tikişlər seçilən tünd yaşıl rəngdə olsa da, kilimlərin haşiyələri və sükan çarxındakı “12 saat” işarəsi qırmızıdır. Bununla birlikdə, müştəri həm interyer tərtibatını, həm də kuzov rəngini dəyişə bilər - fərdiləşdirmə proqramı buna imkan tam verir. R8 Green Hell Edition kupesinin təchizatı da zəngindir: məsələn, yüngül oturacaqlar, karbon-saxsı əyləclər və Bang & Olufsen səs sistemi modelin standart təchizatına daxildir.
Texniki cəhətdən Audi R8 Green Hell Edition modeli R8 Performance top versiyası ilə eynidir. Kupe 620 at qüvvəsi və 580 Nm fırlanma anı hasil edən 5.2-litrlik V10 atmosfer mühərriki, 7-pilləli "robot", quattro tam ötürməsi ilə təchiz edilir. Sportkarın yerindən 100 km/saata qədər sürətlənməsinə 3.1 saniyə gərəkdir. Audi R8 Green Hell Edition modelinin maksimal sürəti 331 km/saatdır.
Audi şirkəti R8 Green Hell Edition kupesinin tirajını 50 nüsxə ilə məhdudlaşdıracaqdır. Almaniyada xüsusi versiyanın qiyməti 234 min avrodan başlayır. Xatırladaq ki, adi R8 Performance kupesi 196,4 min avroya satılır.