Audi şirkətinin R8 superkarını elektrokara çevirmək planlarının olduğu artıq heç kimə sirr deyil: bu barədə şayiələr ən azı üç ildir ki dolaşır. İndi isə, bu məlumatı ilk dəfə rəsmi hesab etmək olar, çünki ortamühərrikli modelin elektrik ötürməsinə keçəcəyini Audi şirkətinin marketinq bölməsinin rəhbəri Linda Kurz təsdiq edib. Lakin şərtsiz də ötüşməyib – bu keçidin nə zaman baş verəcəyi məlum deyil və keçid prosesinin cari onilliyin sonuna qədər çəkəcəyi güman edilir.
Roadshow nəşrinə müsahibə verən Linda Kurz, gələcəkdə, R8 superkarı da daxil olmaqla, “bərkgedən” Audi model xəttinin elektrikləşdiriləcəyini söyləyib. Elektrik ötürməsinə keçidin dəqiq müddəti açıqlanmadığına görə, bu keçidin 2030-cu ilə qədər uzanacağı güman edilir. Üstəlik, Audi R8 modelinin varisinin necə olacağı da məlum deyil. Superkarın cari nəsli 2015-ci ildən bəri Nekkralzumdakı zavodda buraxılır, bir il sonra isə, kupeyə R8 Spyder rodsteri də qoşulub.
Audi R8 e-tron
Xatırladaq ki, 2015-ci ildə Cenevrə avtosalonunda e-tron indeksinə malik olan R8 elektrokarı debüt etmişdi. Elektrik superkarı 456 at qüvvəli ikimühərrikli güc aqreqatı ilə təchiz edilirdi. Audi R8 e-tron modeli 100 km/saat həddini 3,9 saniyəyə toplayır və 250 km/saata qədər sürətlənirdi. Bütün üstünlüklərinə baxmayaraq, elektrokar uğursuzluğa düçar oldu - bahalı batareyalar ucbatından superkarın satış qiyməti bir milyon avro təşkil edirdi.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.