Alman Wheelsandmore tüninq atelyesi Audi R8 V10 plus sporkarı üçün təkmilləşdirmə proqramını təqdim etmişdir. Avtomobilin 5,2-litrlik V10 mühərrikinin gücü 610 at qüvvəsindən 850 at qüvvəsinə qədər artırılmışdır. Belə ciddi artıma səbəb, ötürməli kompressorun, yeni sürgü qollarının, yarış porşenlərinin, yenilənmiş nazım-çarxın və təkmilləşdirilmiş buraxılış sisteminin quraşdırılması olmuşdur. Bundan başqa, atelye mütəxəssisləri mühərrikin idarəetmə blokunun proqram təminatını yeniləmişdirlər.
Bünlarla yanaşı, superkar Drexler özüqapanan differensialı, tənzimlənən yarış amortizatorları, həmçinin ön oxun klirensini artırmağa yardım edən hidravlik sistem ilə təchiz edilmişdir.
Sonunda avtomobil Continental SportContact SP təkərləri ilə təchiz edilmiş öndə 20 və arxada 21-düymlük yüngül lehimli təkər diskləri ilə komplektləşdirilmişdir.
Lakin, Wheelsandmore atelyesi tüninq keçmiş avtomobilin dinamik göstəriciləri və görülən işlərin qiyməti barədə məlumat verməmişdirlər. Adi superkar 100 km/saat həddini 3,2 saniyəyə toplayır və 330 km/saat maksimal sürətə malikdir.