Audi A3 ailəsinin yeni nəslinin təqdimatı bu ilin yazında keçirilib. O zaman, ailəsinin tərkibinə daxil olan “mülki” nümayəndələri təqdim edilmişdi. Ancaq casuslar, keçən ildən bəri A3 ailəsinin ən “bərkgedən” üzvü olan RS3 modelinin prototipləri ilə qarşılaşmağa davam edirlər. Bəzi məlumatlara görə, ekstremal Audi RS3 Sportback modelinin təqdimatı yaxın dörd ay ərzində baş tutmalıdır.
Buna baxmayaraq, artıq bəzi məlumatlar sızmağa başlayıb. İspaniyanın Periodis Del Motor nəşri, çox güman ki, marka dilerləri üçün təşkil edilmiş təqdimat zamanı çəkilmiş maraqlı şəkli dərc edib. Şəkildə Audi A3 modelinin fərqli versiyaları üçün əlçatan olan matrisa tipli ön fənərlərin bir neçə tərtibat variantı təsvir edilib. Onların arasında RS3 modelinin ön işıq texnikasının tərtibatı da vardır.
Şəkildən göründüyü kimi, Audi RS3 modelinin ön işıq texnikasıdakı gündüz hərəkət işıqlarının alt hissəsi damlı bayraq formasında olacaqdır. Bildiyimiz kimi, damalı bayraq avtomobil idmanında yarışın bitdiyinə işarə edir və artıq avtomobil yarışlarının simvoluna çevrilib. Qeyd etmək gərəkdir ki, şəkidəki tərtibat variantlarının həqiqətə uyğun olduğunu casuslər tərəfindən çəkilmiş şəkillərlə yanaşı, Audi tərəfindən dərc edilmiş rəsmi şəkillər də təsdiqləyir.
Lakin, bu sadə dizayn elementi Audi RS 3 modelini A3 ailəsindəki digər modellərdən fərqləndirəcək yeganə element deyil. Audi RS3 modelləri daha aqressiv görkəmə malik olacaq və idman tənzimləmələrinə malik olan asqı ilə təıchiz ediləcəkdir. “Bərkgedən” sedan və hetçbeklərin kapotunun altında yerləşəcək 2,5-litrlik beşsilindrli turbomühərrikin gücü 400 at qüvvəsinin üzərində olmalıdır. “Bərkgedən” modellərin təqdimatı gələn ilin əvvəlində baş tutmalıdır.