«Car and Driver» nəşrinin yaydığı məlumata görə, Audi şirkəti «bərkgedən» TT RS və RS3 modelləri üçün yeni beş silindirli turbomühərrik hazırlamışdır. Nəşrin şirkət daxilindəki mənbələrinin bildirdiyinə əsasən, yeni güc aqreqatıhal-hazırda Audi RS3 «qaynar» hetçbekində istifadə edilən beş silindirli turbomühərriklə minimum sayda ümumi detallara sahib olacaqdır. İlkin olaraq, mühərrik, Pekin avtosalonunda debütü gözlənilən yeni nəsil «qaynar» Audi TT RS kupesində quraşdırılacaqdır. Güman edilir ki, mühərrikin gücü 400 at qüvvəsi səviyyəsində olmalıdır.

Bundan sonra, yeni «turbobeşlik» Audi RS3 sedanında quraşdırılacaqdır ki, bu modelin də ABŞ bazarındakı satışlarına gələn il start verilməlidir. «Bərkgedən» sedanda quraşdırılacaq güc aqreqatı yeddi pilləli iki muftalı robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışacaqdır. Satış bazarından aslı olaraq avtomobilin maksimal sürəti 250 və ya 280 km/saat həddində olmalıdır. Gözlənilir ki, «qaynar» sedan yerindən 100 km/saat həddinə dörd saniyədən az bir müddətdə sürətlənəcəkdir. Xatırladaq ki, Audi RS3 sedanının ilk cəsus fotoşəkilləri fevral ayında internetdə dərc edilmişdir. Audi TT RS modelinin kamuflyajsız fotoşəkilləri isə mart ayında yayımlanmışdır.

Cəsuslar avtomobili İspaniyanın Qaranada şəhərindəki yanacaqdoldurma məntəqəsində yaxlamışdırlar.