Audi şirkəti arsenalında olan ofroud və hibrid texnologiyalarından istifadə edərək hazırladığı RS Q e-tron ralli avtomobilini bir il bundan əvvəl təqdim edib. Bu ixtisaslaşdırılmış yarış avtomobil dözümlülük yarışları üçün nəzərdə tutulmuş və faktiki olaraq, ilk cəhdində ilk qələbəsini əldə etmişdi. Ralli avtomobili 2022-ci ilin martında keçirilmiş Abu Dhabi Desert Challenge yarışının qalibi olub.
Əldə edilmiş təcrübədən yararlanan alman istehsalçısı, ralli avtomobilinin yeni RS Q e-tron E2 versiyasını hazırlayıb. İlk baxışdan baş vermiş dəyişikliklərin miqyasını anlamaq mümkün deyil. Əslində, E2 tamamilə yeni kuzova sahib olub. Audi şirkətinin dizayn üzrə rəhbəri Aksel Löffler, yeni ofrouderin kuzovunda sələfindən götürülmüş bir detalın belə olmadığını iddia edir.
E2 modeli tamamilə yeni ön və arxa qanadlara, habelə genişləndirilmiş salona malik olub. Yarış avtomobilinin alın müqavimətini yaxşılaşdırmaq üçün, onun kuzovunu daha aerodinamik formaya salıblar. Üstəlik, kuzovun hazırladığı kompozit yenidən işlənilib.
Nəticədə, yeni ralli avtomobili sələfi ilə müqayisədə daha yüngüldür. Avtomobilin ağırlıq mərkəzi də aşağı salınıb, lakin bu onun maksimal sürətinə (texniki reqlamentə əsasən 170 km/saat həddində məhdudlaşdırılır) təsir göstərməyib, lakin aerodinamik müqavimət əmsalını 15% yaxşılaşdırıb.
Audi RS Q e-tron E2 modelinin kapotunun altında əvvəlki kimi, batareyaların doldurulmasına cavabdeh olan 272 at qüvvəli 2,0-litrlik TFSI mühərriki yerləşir. Ofrouder ön və arxa oxda yerləşən iki elektrik mühərriki ilə hərəkətə gəlir. Elektrik sərfiyyatını azaltmaq üçün, Audi bəzi bort sistemlərinin elenjidən istifadəsini optimallaşdırıb.
Salondakı dəyişiklikdə yerlərini dəyişmiş ekranlar və düymələrdən ibarətdir. Üstəlik, dönən açar sayəsində qruplaşdırılmış funksiya və indikatorlar dəstini seçmək imkanı peyda olub. Məsələn, yarış zamanı pilot, xüsusi sahədəki icazə verilmiş sürəti görür və pnevmatik domkratları aktivləşdirə bilər, bivakdakı mexaniklərə isə, bütün bortsistemlərin temperatur göstəriciləri əlçatandır.
Audi RS Q e-tron E2 modelinin ilk çıxışı oktyabr ayında keçiriləcək Mərakeş Rallisində baş tutmalıdır. Əgər hər şey planlaşdırıldığı kimi gedərsə, Audi 2023-cü ildə avtomobili Dakar Rallisinə göndərəcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.