Audi şirkəti yeni nəsil “bərkgedən” Audi RS 3 modellərinin ilk rəsmi şəkillərini yayımlayıb. Hetçbek və sedan hələ də sınaqdan keçirildiyinə görə, kamuflyaj örtüyünə malikdirlər. “Bərkgedən” sedan və hetçbek adi A3/S3 modellərindən genişlənmiş qanadları, böyük ölçülü təkər diskləri, aqressiv bamperləri və buraxılış sisteminin iri çıxış boruları ilə fərqlənirlər.

Audi RS 3 ailəsinin 2,5-litrlik beşsilindrli turbomühərriki qoruyacağı dəqiqdir. Əvvəlki nəsildə və mövcud Tolan T RS və RS Q3 modellərində bu aqreqat 400 at qüvvəsi və 480 Nm fırlanma anı hasil edir.

Bununla birlikdə, ilkin məlumata görə, yeni RS-lər üçün onun hasilatı 420 at qüvvəsi və 500 Nm-ə yüksəldiləcədir. Avtomobillərin ilk kütləvi nümayişi sentyabrda ilk dəfə Münhendə keçiriləcək IAA avtosalonunda baş tutacaqdır. Lakin modellərin onlayn təqdimatı sərgidən əvvəl keçirilməlidir.

Yeni nəsil Audi RS 3 sedan və hetçbekin debütü ilə Audi Sport bölməsinin model xəttində 15 ədəd R/RS avtomobili (müxtəlif kuzovlar daxil olmaqla) olacaqdır. Keçən il belə avtomobillərin satış həcmi növbəti rekorda imza atıb: 29.300 nüsxə (2019-cu illə müqayisədə 16 faizlik artım).

Bir müddət bundan əvvəl Audi Sport bölməsi “bərkgedən” model çeşidində ilk elektromobil - Audi RS e-tron GT sedanı peyda olub. 2024-cü ildə R/RS modellərinin yarısından çoxunun elektrikləşdiriləcəyi bildirilir.

bu sıraya startyor-generatoru (RS 6, RS 7 və RS Q8 modellərinn belə versiyaları artıq var) olan sadə “yumşaq” hibridlər də daxil olacaqdırlar. Bununla birlikdə, on illiyin sonunda Audi Sport bölməsinin çeşidində yalnız təkrar doldurulan hibridlər və elektrokarlar qalmalıdırlar. (c) Autograph.az