Audi şirkəti 450 at qüvvəli RS 4 Avant modelinin Böyük Britaniya bazarı üçün nəzərdə tutulmuş xüsusi seriyasını təqdim edib. Bronze Edition adlandırılmış seriyanın tirajı 25 nüsxədən ibarət olacaqdır.
Məhdud sayda buraxılacaq Audi RS 4 Avant Bronze Edition universalını qara tərtibata malik olan Vesuvius Grey rəngli kuzovu, bürünc rəgnli 20-düymlük təkər diskləri və idman buraxılış sistemi sayəsində tanımaq olar. Salonun tərtibatında buruc rəngli tikişlərə malik olan nappa dərisindən və karbondan istifadə olunur. Qeyd etmək gərəkdir ki, salondakı dəri ilə örtülmüş elementlərin sayı adi RS 4 Avant modelində olduğundan daha çoxdur.
Bununla birlikdə, xüsusi «bürünc» versiyası yalnız görünüşüi ilə fərqlənir – o, daha zəngin avadanlıq siyahısına malikdir. Audi RS 4 Avant Bronze Edition modeli standart olaraq açarsız giriş, baqaj qapağının toxunuşsuz açılması funksiyası, dairəvi müşahidə sistemi, MMI mediasistemi vasitəsilə tənzimlənən LED fon ilə işıqlandırması və 19 dinamikli 755 vatlıq Bang & Olufsen səs sistemi ilə təchiz edilir. Bundan əlavə, RS 4 Avant Bronze Edition modeli matrisa fənərlərinə, masaj funksiyasına malik olan ön oturacaqlara, rəqəmsal cihazlar panelinə və qadjetlərin induksion doldurulması sisteminə sahib olub.
Keçən ilin oktyabr ayında təqdim edilmiş yenilənmiş RS4 Avant modeli 450 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən, iki turbomühərrikli 2.9 litrlik V6 mühərriki ilə hərəkətə gəlirr. Transmissiya - səkkiz pilləli «avtomatdır». «Bərkgedən» universal 100 km/saat həddinə 4.1 saniyə sürətlənir.
Britaniyada Bronze Edition modelinin satış qiyməti 82.395 funt sterlinq təşkil edir.