Audi RS 4 Avant universalı, Audi RS 5 kupesi və Audi RS 5 Sportback liftbəki üçün, bu avtomobilləri daha da dinamik və aqressiv edəcək iki yeni opsiyalar paketi ilə təklif olunur. Üstəlik, standart 2.9-litrlik V6 TFSI biturbo mühərriki (450 at qüvvəsi, 600 Nm) toxunulmaz qalıb! Mühəndislər digər üsullarla idarəetmə xarakteristikalarını yaxşılaşdırıblar.

Yeni Competition paketinə adaptiv amortizatorlar, aktiv arxa differensial və karbon-keramik əyləclər daxildir, baxmayaraq ki, bunları əvvəllər də sifariş etmək olardı. Lakin bu differensialın idarəetmə proqramına yenidən baxılıb, səkkiz pilləli “avtomat” indi ötürmələri daha yeyin və daha sərt şəkildə dəyişdirir və əlavə olaraq, yüngülləşdirilmiş RS sports exhaust plus buraxılış sistemi peyda olub.

Effekti artırmaq üçün mühərrik bölməsi ilə salon arasındakı səs izolyasiyasının bir hissəsi çıxarılıb (minus 8 kiloqram). Competition paketinə Pirelli P Zero Corsa idman şinləri də daxildir.

Nəticədə 100 km/saata sürətlənmə vaxtı 0,1-0,2 saniyə azalıb! Competition paketini almış Audi RS 4 universalı bu işə 3,9 saniyə, Audi RS 5 kupesi və liftbəki isə 3,8 saniyə sərf edir. Maksimal sürət məhdudlaşdırıcısı 290 km/saata çəkilib. Xatırladaq ki, əvvəllər əlavə ödəniş qarşılığında maksimal sürət həddi 280 km/saata çəkilirdi.

İkinci paket Competition Plus adlanır və yuxarıda göstərilənlərin hamısına əlavə olaraq, o, daha sərt yayları olan vintli asqını və stabilizatorlar daxildir. Amortizatorlar sərtliyin və geri oturmanın mexaniki tənzimlənməsinə malikdir, standart klirens adi RS modelləri ilə müqayisədə 10 millimetr azaldılıb, lakin əlavə tənzimləmə avtomobili daha 10 millimetr aşağı salmağa imkan verir.

Tərtibatçılar belə asqılı avtomobillərin tamamilə fərqli idarəetməxarakterinə malik olacağını vəd edirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avropada Competiton paketinin qiyməti 7 875 avro, Competition Plus variantının isə 11 875 avrodur. Yəni, vintli asqısı olan Audi RS 4 Avant universalının qiyməti ən azı 98 min avro olacaqdır. Yeni paketlər artıq sifariş üçün əlçatandırlar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.