Avtomobil dünyasında gəzən şayiələrə görə Audi şirkəti RS6 və A6 allroad modellərini calaq etmək fikrinə düşüblər. Baxmayaraq ki, Volkswagen Group bundan öncə maliyyə böhranı üzündən bir neçə layihənin dayandırıldığını bildirmişdir ki, bu da «Dieselgate» nəticəsində dəyən ziyanın ödənilməsi üçün daha çox vəsait toplamaq məqsədi daşıyır. Lakin RS6 allroad avtomobili Audi şirkəti üçün böyük əhəmiyyət kəsb etdiyi üçün, bu model üzrə işlərin davam etdirilməsinə icazə verilmişdir.

Volkswagen’nin RS6 allroad modelinə «yaşıl işıq»  yandırmasının əsas səbəblərindən biri də, yeni yaradılacaq modifikasiya üçün əlavə detallara, demək olar ki, ehtiyacın olmamasıdır.

Auto Bild dərgisinin bildirdiyinə görə RS6 allroad ilk növbədə Çin bazarına yönəldilmiş bir layihədir. Həqiqətən də Audi RS6 Avant allroad modelini təsəvvür etmək o qədər də çətin deyil - sadəcə göz önünə RS6’nın gövdəsini qoyuran plastik üzlüyü, ön və arxa altlıqların qpruyucusunu, hündür klirensi və yeni diskləri gətirmək bəs edər. Çox güman ki, yeni model 4.0-litrlik TFSI mühərriki və quattro tam çəkiş sistemi ilə təchiz ediləcəkdir.

Avtomobilin istehsalı baş tutarsa qısa bir həyat sürəcəyi də məlumdur. Çünki Audi şirkəti artıq 2017-ci ildə A6 modelinin yeni nəslini təqdim etmək niyyətindədir.