YouTube kanalındakı Cars Evolution adlı istifadəçi Audi markasından olan «bərkgedən» biznes-universallara həsr edilmiş videoçarxı dərc edib. Çarxda azsaylı RS6 sedanları da yada salınıb, modelin üfürməyə olan sadiqliyindən danışılıb, həmçinin son 17 il ərzində hazırlanmış ən güclü versiyaların dinamikası müqayisə edilib.
İlk Audi RS5 Avant (C5) universalının debütü 2002-ci ildə baş tutub. Avtomobil 450 at qüvvəsi hasil edən 4,2-litrlik V8 biturbo mühərriki ilə təchiz edilirdi. İki il sonra, təkmilləşdirilmiş hərəkət hissəsinə və 480 at qüvvəli mühərrikə sahib olan RS6 Plus modeli işıq üzü görüb.
C6 kuzovlu universal Lamborghini şirkətinin 580 at qüvvəli 5,0-litrlik V10 biturbo mühərrikinə sahib olub və təqdimat anına ən güclü Audi avtomobili hesab edilirmiş. Universalın C7 kuzovlu versiyası V8 biturbo mühərrikinə qayıdıb. Mühərrikin bir litr iş həcmini və 20 at qüvvəsini itirməsinə baxmayaraq, yeni avtomobil dinamika cəhətədən sələfini üstələyib.
2016-cı ildə, restaylinqdən bir il sonra, 605 at qüvvəsinə malik olan Audi RS6 Avant Performance modeli işıq üzü görüb. Nəhayət, 2018-ci ildə 705 at qüvvəsinə malik olan Nogaro Edition versiyası buraxılıb. Xüsusi seriyadan olan universalın tirajı 150 nüsxədən ibarət olub.
Yeni nəsil Audi RS6 Avant modeli keçən ay debüt edib. «Bərkgedən» universal 600 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən «yumşaq» hibrid güc qurğusu ilə təchiz edilir. 100 km/saat həddinə universal 3,6 saniyəyə, 200 km/saat həddinə isə, 12 saniyəyə sürətlənir. Opsionalı dəstlər sayəsində universalın maksimal sürəti 305 km/saata qədər artırıla bilər.