Audi Sport bölməsinin icraçı direktoru Oluver Hoffmann «bərkgedən» Audi modellərinin elektrikləşdirilməsinin davam edəcəyini təsdiq edib. Yüksək vəzifəli menecer RS-seriyasından olan avtomobillərin xüsusi versiyalarının qoşulan hibrid güc qurğusu ilə təchiz ediləcəyini və «irəliyə doğru geniş addım» olacağını bildirib.
Amerikalı jurnalistlərlə söhbət zamanı Hoffmann modellərin adını birbaşa söyləməsə də, yeni texnologiyaları ilk olaraq RS6 Avant və RS7 Sportback modellərinin Performance versiyalarının alacağını ehtimal etmək olar. Belə bir ehtimalın olmasını Audi şirkətinin texniki inkişaf şöbəsinin rəhbəri Viktor Underberq də təkzib etməyib. Onun sözlərinə görə, yüksək məhsuldarlıqlı avtomobillərə tələbat mövcuddur və şirkət model çeşidinin genişləndirilməsi üzərində işləməyə hazırdır.
Gələcək modellərin texniki təfsilatı açıqlanması da, onların TFSI e ailəsindən olan modellərin elektrik hissəsinə sahib olacağını ehtimal etmək olar. Bu halda, baqaj döşəməsinin altında 14,1 kVs tutumu olan batareyanın quraşdırılacağı və tərkibinə 4,0-litrlik V8 biturbo mühərriki daxil olan qurğunun gücünün 140 at qüvvəsi artacağını gözləmək olar. İnsayderlər ilk Audi Performance PHEV modelinin 2020-ci ildə işıq üzü görəcəyini bildiriblər.