Audi şirkəti ABŞ bazarında satılan S6 və S7 modelləri üçün yeni Design Edition paketini təsis edib. Sedan və liftbəklərə onların sürətinə uyğun olan üslubu bəxş edən paketin qiyməti 2 500 dollardır. Audi şirkəti yeni paketin 2023-cü model ilinin Audi S6 və Audi S7 Sportback modelləri üçün əlçatan olduğunu bildirib. Design Edition dəstini bu ilin iyun ayından başlayaraq sifariş etmək olar.

Audi S6 Design Edition və S7 Sportback Design Edition modelləri kuzovun elsklüziv boz Arrow Grey rəngli və qara Brilliant Black rəngli damı ilə seçilirlər. Lakin eksklüziv rənglə yanaşı, başqa variantlar da mövcuddur: bunlar Brlliant və Mythos Black Metallic, Daytona Grey Pearl Effect, Firmament Blue Metallic, Florett Silver Metallic, Glacier White Metallic, Tango Red Metallic, və Ultra Blue Metallic rəngləridir.

Design Edition paketinə daxil olan eksteryer elementlərinin əksəriyyəti Liquid Chrome Dark rəngindədir. Bu o deməkdir ki, firma “üzükləri” və nişanları, habelə pəncərələrin haşiyələnməsi, yan güzgülərin gövdələri və S6 modelindəki arxa spoyler qara rəngdə olacaqlar.  Hər iki modelin radiator barmağlığı tutqun qara rəngə boyanır. Üstəlik, işıq texnikasının içi də tündəlşdirilir.

Design Edition paketinə malik olan Audi S6 və S7 Sportback modelləri xüsusi 21-düymlük təkər diskləri ilə təchiz edilirlər. Audi S6 modelində onlar naxışlı tərtibata və V-şəkilli beş qola,  S7 Sportback modelində isə, disklər hər bir qolu yuxarı hissədə ayrılan trapesiya şəkilli formaya malikdirlər. Hər iki avtomobil qırmızı rəngli  əyləc supportları ilə təchiz edilir.

Avtomobillərin salonunda qırmızı tikişləri olan Valcona dərisi ilə üzlənmiş idman oturacaqları quraşdırılır. Transmissiyanın dəstəyi, konsolun aşağı hissəsi  və diz qoruyucuları Dinamica mikrofiberi ilə üzlənir.

Avtomobillər alkantara ilə tərtib edilmiş, “kəsilmiş” alt hissəsi olan qızdırılan idman sükan çarxı ilə də təchiz edilirlər. İnteryerdəki tikişlərlərlə ahəng təşkil etməsi üçün təhlükəsizlik kəmərləri də qırmızı rəngdədirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hər iki “qaynar” modelin kapotunun altında 444 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 2,9-litrlik V6 biturbo mühərriki yerləşir.Ötürmələr qutusu 8-pilləli “avtomatdır”. Audi və Porsche mütəxəssislərinin birgə hazırladıqları 2,9-litrlik mühərrik iki turbokompressorla yanaşı elektrik kompressoru ilə də təchiz edilib. Bu mühərrik, VW konsernin belə texnologiya ilə təchiz edilən ilk benzin mühərrikidir. Əvvəllər bu texnologiya yalnız dizel aqreqatlarında tətbiq edilirdi.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.