Bu gün Şanxay Beynəlxalq Avtomobil Salonu öz qapılarını mətbuat nümayəndələri üçün açıb – bu sərgu ilin əvvəlindən bəri avtomobil sənayesində baş verən ən böyük hadisədir. Xatırladaq ki, pandemiya səbəbi ilə digər sərgilər ləğv ediliblər. Avtomobil istehsalçıları sərgiyə yaxşı hazırlaşıblar: kifayət qədər yeni modellərin təqdim olunacağı gözlənilir və onların əksəriyyəti qlobal modellərdir.
Məsələn, bu şəkildəki konsept avtomobili gələcək nəsil Audi A6 modelinə olan baxışı nümayiş etdirmək vəzifəsini icra edir. Üstəlik, şirkət nümayəndələri onun mücərrəd bir şou avtomobili olmadığını söyləyirlər: seriya modeli konsepti 95% təkrarlayacaqdır.
Audi tədricən daxili yanma mühərriklərindən imtina edir, buna görə də Şanxay konsepti elektrik ötürməsi ilə hərəkətə gəlir. Eyni zamanda, Audi A6 e-tron konsepti Audi e-tron GT seriya modelinin başqa variantı deyil.
Əgər GT modeli bəzi elementləri Panamera modelinin şassi ilə unifikasiya edilmiş J1 platformasına əsaslanırsa, gərəcək A6 e-tron modeli yeni PPE (Premium Platform Electric) elektrik “arabacığında” inşa edilən ilk Audi modeli olacaqdır. Volkswagen konserni bu platformanı mövcud olan modellərlə əlaqələndirmədən hazırlayır, odur ki, yeni platformadan böyük və bahalı elektromobillərin inşasında istifadə ediləcəkdir.
Mövcud olan Audi A6 modeli ilə müqayisədə, yeni konsept nəzərəçarpacaq dərəcədə genişdir: 1886 millimetrə qarşı 1960 millimetr. Lakin uzunluq (4960 millimetr), hündürlük (1440 millimetr) və təkər bazasının ölçüləri arasındakı (2950 millimetr) fərq minimaldır və 26 millimetri ötmür.
Üstəlik, konsept sedan deyil, 22-düymlük təkər diskləri olan beşqapılı liftbekdir (Audi terminologiyasında Sportback).
Konsept hamar yan tərəflərə, gizli qapı tutacaqlarına və güzgüləri əvəzləyən arxa görüntü kameralarına malikdir, lakin aerodinamik effektivlik baxımından yenə də Mercedes EQS liftbekinə yaxınlaşa bilməyib: konseptin aerodinamik müqavimət əmsalı 0,22 bərabərdir.
Matrisa fənərləri yol səthinə naviqasiya işarələrini və ya qaraj divarına batareyanın cari cərəyan ehtiyatı barədə məlumatları "çəkə" bilər.
Təəssüf ki, konseptin interyeri nümayiş olunmayıb. Ancaq onun texniki xüsusiyyətləri ictimaiyyətə açıqlanıb. Audi A6 e-tron liftbeki 476 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən iki elektrik mühərriki ilə təchiz edilib (hər oxda biri).
Konsept 100 km/saat həddinə dörd saniyədən az müddətə sürətlənir. Bununla birlikdə, seriya A6 Sportback e-tron modelinin çeşidində daha az gücə malik olan versiyalar da olacaqdır. Sadə modifikasiyalar ilk “yüzlüyə” yeddi saniyəyə sürətlənəcəklər.
Dartma batareyasının bəyan edilən tutumu 100 kilovat-saatdır, dolu batareya ilə yürüş məsafəsi WLTP dövrünə əsasən 700 kilometrdən çox olmalıdır. Bütün elektrik sistemi 800 voltluq gərginliklə işləyir və elektrokar gücü 270 kilovata qədər olan DC terminallarına qoşula bilər.
Bu halda, cəmi 10 dəqiqə ərzində 300 kilometrlik yürüş ehtiyatını bərpa etmək mümkün olacaqdır. Batareyanın 5 faizindən 80 faizinə qədər doldrulmasına 25 dəqiqə tələb olunur.
Audi A6 Sportback e-tron konseptinin seriya variantı 2022-ci ilin ikinci yarısında təqdim ediləcək və 2023-cü ildə bazara çıxarılacaqdır. Avtomobillər həm Almaniyada, həm də Çində istehsal olunacaqdır (FAW-Audi BM-nin zovudlarında).
Əgər gələcəkdə daxili yanma mühərrikli Audi A6 modelinin yeni nəsil buraxılarsa, həmin avtomobil fərqli platformaya və kuzova sahib olacaqdır.