Audi şirkəti gələn həftə Şanxay avtosalonunda təqdim edəcəyi yeni konsept-karın ilk tizerini dərc etmişdir. Avtomobil haqqında ətraflı məlumat istehsalçı tərəfindən 18 apreldə veriləcəkdir.
Tizerdə təsvir edilmiş konseptin ön tərəfinin dizayn elementlərinə baxdıqda onun iki il bundan öncə Frankfurtda təqdim edilmiş e-tron quattro konseptinə bənzəyir. Lakin, avtomobil başqa ön fənərləri və işqılanan emblemi olan radiator barmaqlığnı əldə etmişdir. Audi e-tron quattro konsepti ümumi gücü 435 at qüvvəsi olan üç elektromotorla təchiz edilirdi. Krossover 100 km/saat həddini 4,6 saniyəyə toplayır və elektronika tərəfindən 210 km/saat həddində məhdudlaşdırılmış maksimal sürətə malik idi. Tizerdəki «e-tron» yazısını nəzərə alsaq, yeni konseptin də elektromotorlarla təchiz ediləcəyi şübhə doğurmur. Audi şirkəti 2020-ci ilə qədər üç elektrokar buraxmağı planlaşdırır ki, bunlar Tesla Model X modeli ilə rəqabət aparacaq örta ölçülü krossoverdən, A9 sedanından və 350 - 450 kilometrlik yürüyüşü olacaq yığcam şəhər avtomobilindən ibarət olacaqdırlar.
Eyni zamanda Audi şirkəti Çində də elektrokarların istehsalını təşkil etmək niyyətindədir. Müvafiq razılaşma FAW şirkəti ilə bu ilin yanvarında imzalanmışdır.