İlkin olaraq "sferik" şou avtomobilləri ailəsinə üç model - Audi Skysphere rodsteri, Audi Grandsphere sedanı və Audi Urbansphere miniveni daxil olmalı idi. Lakin İnqolştadt istehsalçısı dördüncü konsepti hazırlamaq qərarına gəlib. Bu gün təqdim edilmiş kupeşəkilli Activesphere krossoverinin yaradılmasına Audi şirkətinin Malibudakı (ABŞ) dizayn studiyası cavabdeh olub və bu konseptdə bir neçə qeyri-adi həll öz əksini tapıb.
Uzunluğu (4,98 metr), eni (2,07 metr) və təkər bazasının (2,97 metr) ölçüsü baxımından yeni konsept Audi Q8 seriya krossoveri ilə müqayisə oluna bilər, lakin onun hündürlüyü təxminən 10 santimetr azdır: cəmi 1,6 metr. 22-düymlük təkər diskləri şürüşən bölmələrə malikdirlər: onlar bağlandıqda aerodinamik hava burulmalarını azaldırlar.
Kuzovun başlıca xüsusiyyəti isə transformasiya olunan arxa hissədir. Ənənəvi beşinci qapının əvəzinə burada qatlanan qapı və damın üzərinə sürüşən arxa pəncərə var. Məlum məsələdir ki, bu əməliyyatlar elektrik ötürməsi vasitəsi ilə həyata keçirilir.
Arxa bölmə adi baqaj kimi istifadə oluna bilər, lakin əlavə olaraq arxa oturacaqların arxasında yük bölməsini germetik şəkildə salondan ayıran və Audi Activesphere prototipini pikapa çevirən açılan arakəsmə mövcuddur. Bunun sayəsində, arxada, sərnişinlərin rahatlığını pozmadan velosipedləri və ya digər idman ləvazimatlarını daşımaq olar.
Eyni zamanda, arakəsmə aşağı qatlandıqda, krossoveri monokaba çevirir, çünki ön baqaj bölməsi sərnişin salonundan heç nə ilə ayrılmayıb. Üstəlik, radiator barmaqlığının əvəzinə, sərnişinlərin avtomobilin burnu qarşısındakı vəziyyəti (məsələn, yolsuzluğu) qiymətləndirə biləcəyi şəffaf bir bölmə də mövcuddur. Qapıların aşağı hissəsində və damda da şüşə bölmələr var.
Salonda dörd fərdi oturacaq quraşdırılıb və heç bir ədəd olsun belə displey yoxdur. Bunun əvəzinə, bütün sərnişinlərə tamamlanmış reallığı olan eynəklər verilir. Sürücünün eynəyi lazım olan bütün cihazları göstərir, adi funksiyalar (məsələn, iqlimə nəzarət və ya naviqator) isə, səs və ya jestlərlə idarə olunur. Dördüncü səviyyəli avtopilot da nəzərdə tutulub – odur ki, ön panel, sükan və pedalları irəli qatlamaq olar.
Konseptin əsasını 800 voltluq elektrik sistemi olan perspektivli PPE (Premium Platform Electric) elektrik platforması təşkil edir. Krossover, ümumilikdə 442 at qüvvəsi və 720 Nm fırlanma anı hasil edən iki mühərrik tətəfindən təmin olunan tam ötürməyə malikdir. 100 kilovat-saatlıq batareya 600 kilometrlik yürüşə kifayət etməlidir, DC yükləmə cihazının gücü isə 270 kilovatdır.
Audi Actesphere adaptiv pnevmatik asqıya malikdir. Standart vəziyyətdə klirens 208 millimetrdir, lakin onu 40 millimetrlik diapazonda azaltmaq və ya artırmaq olar. Ofroud rejimində krossoverin giriş bucağı 18,9, çıxış bucağı isə 28,1 dərəcədir. Kandarlardan çıxan qoruyucu “dişlər” krossoverin görkəmini daha da aqressiv edirlər.
Audi Activesphere krossoveri konsept-kar olaraq qalacaqdır, lakin bəzi həllər alman istehsalçısının gələcək modellərində istifadə peyda ola bilərlə. Bununla belə, bənzər xüsusiyyətlərə bu ilin sonuna qədər debüt edəcək PPE platformasına əsaslanan seriya elektomobilləri malik olacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.