Audi şirkəti rəsmi olaraq yenilənmiş A3 ailəsini təqdim etmişdir. Yenilənməyə üç və beş qapılı hetçbek, sedan, kabriolet və «qaynar» S3 modelləri məruz qalmışdırlar. Yenilənmiş Audi A3 ailəsi çox da ciddi dəyişikliklər olmayan xarici görkəmə, yeni mühərriklərə və rəqəmsal cihazlar panelinə sahib olmuşdur. Avtomobilin eksteryerindəki dəyişikliklər cüzi xarakter daşıyır. Yenilənmiş avtomobil, A4 modelinin dizayn üslubunda hazırlanmış qabaq işıq texnikası və tərtibatı yenilənmiş arxa fənərləri ilə seçilir.

Avtomobilin iç məkanında da ciddi dəyişikliklər gözə dəymir. Bütün yeniliklər Virtual Cockpit adlanan 12,3-düymlük rəqəmsal cihazlar panelindən ibarətdir. Bundan əlavə, Audi A3 MMI multimedia sisteminin menyusunun yeni dizaynını əldə etmişdir. Avtomobilin əlavə təchizatına tam dayanmaq funksiyası olan və 65 km/saat sürətinə kimi çalışan, eyni zamanda tıxaclarda sərbəst şəkildə hərəkəti təmin edən adaptiv kruiz-kontrol sistemi  və matrisa tipli ön işıq texnikası daxil edilmişdir.

Bundan başqa, Audi A3 modellərinin rəng palitrasına bir neçə yeni rəng çaları əlavə edilmişdir. Bunlar göy Ara və Cosmic, boz Nano, qırmız Tango və sarı Vegas rəngləridir.

A3 modelinin mühərrik çeşidinə 115 at qüvvəli 1,0-litrlik üç silindirli turbomühərrik və 190 at qüvvəli 2,0-litrlik güc aqreqatı daxil edilmişdir. Sonuncu mühərrik 7 pilləli «yaş» muftalı S-Tronic sürətlər qutusu ilə birgə çalışır. Yeni qutu əvvəlki «quru» muftalı 6 pilləli «robotu» əvəzləmişdir. Əlavə olaraq, «qaynar» S3 modelinin mühərrikinin gücü 300 at qüvvəsindən 310 at qüvvəsinə yüksəldilmişdir.  

Audi A3 modelini həmçinin, 150 at qüvvəli 1,4-litrlik benzin və iki dizel mühərriki ilə də sifariş etmək olar. Dizel güc aqreqatlarını 110 at qüvvəli 1,6-litrlik mühərrik, 150 və 184 at qüvvəli variantlarda təklif olunan 2,0-litrlik güc aqreqatı təmsil edir.

190 at qüvvəli A3 və «qaynar» S3 modelindən başqa bütün modifikasiyalar standart olaraq öndən çəkişlə təchiz edilirlər. Bu modifikasiyalarda tam çəkiş sistemi yalnız əlavə ödənişlə quraşdırılır.

Yenilənmiş avtomobil həmçinin, hibrid e-tron və qazla çalışan g-tron modifikasıyasında da təklif ediləcəkdir.  Avropada yenilənmiş avtomobil üçün sifariş yerləşdirmək may ayından başlayaraq mümkün olacaqdır. Dilerlər ilk avtomobilləri yayda alacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt