Çində satılan uzunbazalı Audi A6 L sedanı keçən ilin avqustunda yenilənib, Avropadakı Audi çeşidinin yenilənməsi isə, yalnız indi baş tutub. Çox güman ki, inqolştadtlılar Mercedes E-Class və BMW 5 Series modellərinin yeni nəsillərinin debütünü gözləmək qərarına gəliblər. Ancaq Audi şirkətinin cavabı olduqca təvazökardır. Avropadakı A6 və A7 modelləri, çinli həmkarı ilə demək olar ki, eyni ssenariyə uyğun olaraq yeniləniblər.
Kuzov panelləri toxunulmaz qalıblar, yalnız plastik dayaq dəyişdirilib və bu proses radikal həllər olmadan başa çatdırılıb. Restaylinqin əsas əlamətləri üfüqi çubuqların əvəzinə böyük hücrələri olan radiator barmaqlığı və baza LED fənərlərin içərisindəki işıqdiodları konturları şəklində yeni gündüz hərəkət işıqlardır (əvvəllər fənərlərdə ayrıca bölmələr var idi). Bununla belə, opsional matrisa optikası dəyişməyib.
Audi A6 sedanları və universalları üçün Design paketinin əvəzinə yeni Advanced paketi təklif edilir. Yeni paketə radiator barmaqlığındakı tünd xrom, ön bamperdəki əlavələr, arxa diffuzor və 17-düymlük baza təkər disklərinin əvəzinə 18 düymlük təkər diskləri daxildir.
A6 və A7 modelləri üçün S line paketi də əlçatandır: bu paket radiator barmaqlığının “şahmat” dekorunu (sıra ilə düzülmüş tünd və açıq bölmələr), fərqli ön bamperi, qapı kandarlarındakı örtmələri, 19-düymlük təkər disklərini və idman asqısını ehtiva edir. "Qaynar" S6/S7 modelləri indi demək olar ki, bənzər görünüşə malikdirlər. Audi A6 Allroad universalının barmaqlığı da dəyişməyib.
Bundan başqa, kuzov rəngləri palitrasında yeni çalarlar peyda olub, təkər disklərinin dizaynına yenidən baxılıb. İnteryer üçün yeni tərtibat variantları da nəzərdə tutulub. Analoq cihazlar panelindən tamamilə imtina edilib: əvvəllər opsional avadanlıq olan 12,3-düymlük Audi virtual cockpit displeyi indi standart təchizata daxildir. Avtoparklayıcı da standart olub.
Bütün dəyişikliklər bundan ibarətdir. Şirkət texniki təkmilləşdirmələr heç bir barədə məlumat vermir. Avropadakı Audi A6 modelinin çeşidində 40 TFSI (204 at qüvvəsi), 45 TFSI (265 at qüvvəsi) və 55 TFSI (340 at qüvvəsi) benzin versiyaları, 35 TDI (163 at qüvvəsi), 40 TDI (204 at qüvvəsi), 45 TDI (245 at qüvvəsi) və 50 TDI (286 at qüvvəsi), dizel versiyaları, həmçinin 50 TFSI e (299 at qüvvəsi) və 55 TFSI e (367 at qüvvəsi) plagin hibridləri də var.
Audi A7 Sportback liftbəki də eyni çeşidə malikdir, lakin ən aşağı gücə malik versiyalar təklif edilmir. Avropada S6 və S7 modelləri 3.0-litrlik turbodizel (344 at qüvvəsi) ilə təklif edilir. “Bərkgedən” RS versiyaları restaylinqdən keçməyiblər.
Yenilənmiş avtomobillərə sifarişləri qəbuluna iyunun 1-də başlanmalıdır. Almaniyada Audi A6 modelləri 1600 avro bahalaşaraq, 53800 avrodan başlayan qiymətlərlə satılacaqlar. Yenilənmiş Audi A7 Sportback modelinin başlanğıc qiyməti 63 500 avro (+1400 avro) təşkil edir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.