Audi şirkəti özünün Twitter sosial şəbəkəsindəki hesabında A6 Avant e-tron elektrik universalının ilk şəkillərini dərc edib. Alman markasının ilkin olaraq konsept statusunda debüt etmiş batareyalı liftbeki kimi, elektrik universalı da sonunda seriyaya getməlidir. Təqdim olunmuş təsvirlərdə gələcək modelin bəzi detallarını görmək olar. Elektrokarın təqdimatı gələn ay keçiriləcəkdir.

Şəkillərdən göründüyü kimi, gələcək elektrik universalı yanacaqlı modellə eyni dizayn üslubuna malik olacaqdır. Ümumi qaranlıq planda, inkişaf etmiş arxa spoylerə keçən enən dam xəttini görmək mümkündür. Bundan başqa, şəkillərdə iri diffuzor, böyük ölçülü təkər diskləri, ənənəvi yan güzgünü əvəzləyən kamera və unikal animasiyaya malik olan arxa fənər təsvir edilib.

Image alt Image alt Image alt Image alt Image alt

Mütəxəssislər elektrokarın 100 kilovat-saatlıq batareyanı alacağını proqnozlaşdırırlar. Bu həcm sayəsində Audi A6 Avant e-tron modeli batareyanı doldurmadan 700 kilometr məsafə qət etməlidir.Bundan başqa, elektrokarın ümumi gücü 470 at qüvvəsi olan ikimühərrikli güc qurğusu ilə təchiz ediləcəyi ehtimal olunur.

Xatırladaq ki, 15 aprel tarixində Nyu York avtosalonu işinə başlamalıdır. Çox güman ki, Audi A6 Avant e-tron modeli bu sərgidə nümayiş etdiriləcəkdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.