Avtomobil sənayesinin qlobal elektrikləşdirilməsi dövründə, iri avtomobil istehsalçıları gələcəkdə daxili yanma mühərrikli avtomobilləri tamamilə əvəzləyəcək ekoloji cəhətdən təmiz modellərin yeni konseptlərini nümayiş etdirməyə davam edirlər.
Audi şirkəti də bu qaydalardan istisna deyil. Bu gün İnqolştadt istehsalçısı Sphere ailəsinə daxil olan üç elektrokarı hazıradığını bilidirib. Alman istehsalçısının "sferik" modelləri minimalistik ekstreyer və interyer dizaynı, habelə avtonom idarəetmə sistemlərinin mövcudluğu ilə seçiləcəkdirlər.
Gələcək "sferik" elektromobillər haqqında məlumat çox azdır. Audi mütəxəssisləri Grand Sphere ("Böyük sfera") konsepti haqqında bəzi detalları açıqlayıblar. Premial elektomobil A8 sedanının davamçısı ola bilər.
Daxili yanma mühərrikindən imtina edilməsi, yeni modelin kapotunun nəzərə çarpacaq dərəcədə kiçik olması ilə nəticələnib. Eyni zamanda, təkər bazası demək olar ki, modelin ümumi ölçülərini təkrarlayır. Bu, alman markasının mühəndislərinə elektromobili daha geniş salonla təmin etməyə imkan verəcəkdir.
Mütəxəssislərin fikrincə, Grand Sphere minimalistik salon ilə yanaşı, sürücünü elektromobilin idarələnməsində iştirakdan azad edəcək bir sıra avtonom idarəetmə sistemləri ilə də təchiz olunacaqdır. Bundan əlavə, Grand Sphere sürücü və sərnişinlərin tələblərini yadda saxlayacaq və öz sahiblərini avtomatik olaraq tanıyacaqdır.
Audi Grand Sphere konseptinin rəsmi təqdimatı 2021-ci ilin sentyabrında Münhendə keçirilən IAA avtosalonunda baş tutacaqdır. Bundan əlavə, artıq gələn il marka mütəxəssisləri "sferik" xəttin daha iki modelini təqdim edəcəklər.
Bu elektrokarlardan birincisi Sky Sphere (“Səma sferası”) adlanan alçaq siluetli kupe olacaqdır. Şirkətin sonuncu "sferik" modelinin isə, Urban Sphere ("Şəhər sferası") adlanan kiçik minivenin və ya iri krossoverin olacağı söylənilir. Sonuncu modelin böyük şüşələnmə sahəsinə malik olacağı da bildirilib.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.