Audi gələcəyin yeni nümayəndəsinin - activesphere adlanan dəbdəbəli kross-kupenin növbəti şəklini nümayiş etdirib. Audi şirkəti activesphere konseptinin növbəti və yəqin ki, sonuncu təqdimatöncəsi tizerini yayıb. Elektriklə hərəkətə gələn kross-kupe iki gündən sonra Celebration of Progress onlayn tədbirində debüt etməlidir. Prototiplə yanaşı, Audi yeni dizayn üslubu və rəqəmsal ekosistem barədə danışacağına söz verib. Yeni konsept rodster və kupedən sonra bu seriyanın üçüncü prototipi olacaqdır.

İlk "sferik" konsepti - skysphere rodsterini - Audi 2021-ci ilin avqustunda təqdim edib. Onun ardınca, alman istehsalçısı dördqapılı grandsphere kupesini və bu günə qədər Audi markasının ən böyük şou avtomobili olan urbansphere minivenini nümayiş etdirib. 2023-cü ildə “sferik” seriyanın son nümayəndəsi olacaq activesphere işıq üzü görməlidir. Onun əsas missiyası gələcəyin lüks mobilliyi haqqında təsəvvür yaratmaq və gələcək Audi avtomobillərinin dizaynını nümayiş etdirməkdir.

Audi şirkətinin dərc etdiyi tizerlərdən göründüyü kimi, activesphere güclü maillikli arxa dayağı olan krossoverdir. O, elektrik ötürməsi ilə hərəkətə gəlir və aktiv həyat tərzinə üstünlük verənlərə yönəldilib. Bir sözlə, activesphere qolfçular, alpinistlər və xizəkçilər üçün çoxyönlü və asfaltdan kənara çıxmaq üçün kifayət qədər ofroud qabilyyətinə malik olan bir avtomobildir. Bunun üçün activesphere prototipinin arsenalında yüksək klirens və “kəsilmiş” bamperlər var.

Image alt Image alt Image alt

Konseptual elektromobilin onlayn təqdimatı 26 yanvar 2023-cü il tarixində keçiriləcəkdir. Təqdimatda Audi gələcək modellərin dizaynı, fərdiləşdirilmiş idarəetmə konsepsiyası və avtomobil sahibinə aktiv həyat tərzini optimallaşdırmağa kömək edəcək tamamilə yeni rəqəmsal ekosistem haqqında danışacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.