Audi şirkəti öz dilerləri üçün təşkil etdiyi xüsusi təqdimat mərasimində «qaynar» Audi RS4 Avant, RS5 Coupe və RS5 Sportback modellərinin xarakteristikalarını açıqlamışdırlar. Bu barədə məlumatı Motor1 saytına məlumatı oxuculardan biri təqdim etmişdir.

Hər üç «qaynar» avtomobil, Porsche Panamera 4S hetçbekinin sonuncu nəslində istifadə edilən 2,9-litrlik altısilindirli turbomühərriklə təchiz ediləcəkdirlər. Audi modellərində quraşdırılacaq mühərrik 450 at qüvvəsi gücə və 600 Nm fırlanma anına malik olacaqdır. Bildiyimiz kimi, Panamera modelində bu mühərrik 440 at qüvvəsi və 550 Nm fırlanma anı təklif edir.

Audi RS4 və RS5 modelləri 100 km/saat həddini dörd saniyədən az bir müddətə toplayacaqdırlar. «Qaynar» modellərin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılacaqdır. Bununla belə, bu modellərin sahibləri elektron «boyunduruğu» 280 km/saata qədər çəkmək imkanına da malik olacaqdırlar.

Audi RS4 Avant modelinin istehsalına bu ilin dekabrında başlanmalıdır. Audi RS5 kupesini almaq arzusunda olanlar bir qədər az gözləməli olacaqdırlar - kupenin satışına iyun ayında start veriləcəkdir. Qeyd etmək lazımdır ki, tədbirdə «qaynar» kupenin tam hazır olduğunu, universal üzərində isə işlərin davam etdiyi söylənilir. Bununla belə, Audi RS5 Sportback modelinin təqdimat tarixi barədə məlumat verilməmişdir. Audi Bakı Mərkəzindən məsələyə aydınlıq gətirmələrini xahiş etdikdə, Audi şirkətinin Azəırbaycan nümayəndəliyinin bu tədbirə dəvət almadığı bildirmişdir.