Audi şirkəti e-tron xəttini genişləndirməyə davam edir. Bu xəttin ilk nümayəndəsi olan ilk Audi e-tron quattro krossoverindən sonra, debüt növbəsi kupeşəkilli kuzova malik olan krossoverə gəlib çatıb. Əldə edilmiş məlumata görə, yeni modelin kütləvi təqdimat mərasimi 19 noyabrda qapılarını ziyarətçilərin üçünə açacaq Los Anceles avtosalonunda keçiriləcəkdir.
Audi şirkəti yüngül kamuflyaja bürünmüş e-tron Sportback quattro modelini ilk dəfə deyildir ki, geniş kütlə qarşısında nümayiş etdirir. Elektrokarın sınaq protoipləri də artıq ümumi istifadə yollarında qeydə alınıb. Yeni e-tron Sportback adi e-tron krossoverindən yalnız kupelərə məxsus olan alçaq tavan xətti ilə seçilir.
Bu isə e-tron Sportback modelinin texniki cəhətədən də adi e-tron ilə bənzər olacağından xəbər verir. Audi e-tron Sportback da MLB evo modul platformasında inşa edilib və ümumi gücü 360 at qüvvəsi olan iki elektromotor ilə hərəkətə gəlir. Batareyaya gəldikdə isə, 95 kilovat-saatlıq batareya krossoverə 400 kilometr qət etmək imkanı verəcəkdir.