Bildiyimiz kimi, elektromobillərin batareyaların doldurulması bir neçə saat çəkir, lakin hələlik yeni texnologiyalar sayəsində bu zamanı azaltmaq mümkün deyil. Buna görə də, Audi şirkəti akkumulyatorlu avtomobillərin sahiblərinin rahatlığı üzərində diqqətini cəmləməyə üstünlük verib.

Bunun üçün alman istehsalçısı asan inşa edilən mobil launc-evi icad edib - elektrokarların sahibləri burada hava limanının biznes salonlarında olduğu kimi, avtomobilləri enerji yükləyənə qədər burada vaxt keçirə bilərlər. Şirkətdən yeni tikilini Audi elektromobillərinin sahiblərinə ünvanlanmış Milad hədiyyəsi adlandırırlar.

Audi mətbuat xidmətinin bildirdiyinə görə, myAudi tətbiqi vasitəsi ilə launc-evdəki altı yükləmə yerindən birini bron etmək olar. Avtomobilini şəbəkəyə birləşdirən elektrokar sahibi 200 kvadrat metrlik istirahət zonasına girişi əldə edir.

İstirahət zonasında kreslolar, masa və stullar, 98-düymlük televizor, vendinq avtomatı və açıq havada asudə vaxt keçirmək üçün kiçik həyət də var. Əgər elektromobil sahibi Audi Charging Hub terminalında uzun müddət qalmağı planlaşdırırsa, launc-evə yemək çatdırılmasını da sifariş etmək olar.

Texniki cəhətdən yeni tikili konteynerlər və akkumulyatorlardan inşa edilən asansökülən konstruksiyadan ibarətdir. Burada avtomobillərdə quraşdırılması mümkün olmayan akkumulyatorları enerjinin saxlanılması üçün istifadə edirlər.

Audi Charging Hub terminallarının batareyalarının tutumu 2,45 meqavat-saat təşkil edir ki, bu da stansiyaya 200-kilovatlıq şəbəkəyə qoşulmaq tələb olunduğunu göstərir. 30 kilovata qədər enerjini isə tikiliyə quraşdırılmış günəş batareyalarından almaq olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hər bir launc-ev hər gün konsentratorun ən yükəsk gün həddini aşmadan 80 elektrokarın batareyasını doldura bilər. Elektromobil sahibləri üçün bir kilovat-saatın qiyməti 31 avrosent olacaqdır.

Audi Charging Hub terminallarının yayılması ilə terminallarda elektrik velosipedlərinin batareyalarının dəyişdirilməsi xidməti, elektroskuterlərin kirayəsi, habelə Audi Q4 e-tron krossoverinin və Audi RS e-tron GT liftbekinin test-drayv “nöqtələri” peyda olacaqlar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.