Audi şirkəti Mercedes-Benz G-Class və Defender ofrouderlərinə meydan oxuyacaq çərçivəli ofrouderi hazırlayır. Bu barədə Audi şirkətinin şef dizayneri Mark Lixteyə istinadən “Autocar” nəşri xəbər verir. Alman dizayner batareyalı ofrouderin yenidən canlandırılmış Scout xətti ilə unifikasiya ediləcəyini bildirib.
Dizayna gəlincə, Audi stilistləri Mercedes-Benz EQG və ya Land Rover Defender modellərinin form-faktorunu təqlid etməyəcəklər: Lixte Audi ofrouderinin məşhur rəqibləri ilə heç bir oxşarlığa malik olmayacağını vəd edib. Eyni zamanda, o, alman markasının stilistlərinin “daha konkret ideyalarının” olduğunu da bildirib.
Texniki cəhətdən Audi elektrik ofrouderi ABŞ bazarı üçün nəzərdə tutulmuş Scout avtomobillərini təkrarlayacaqdır. Ofrouderin əsasını inteqrasiya olunmuş batareyaları olan nərdivan tipli çərçivə təşkil edəcəkdir. Tam ötürmə sistemi standart olacaq, lakin ofrouderin arxitekturası hələlik məlum deyil: Mark Lixte detallara varmayıb.
"Aytocar" nəşrinin hazırladığı render
Audi elektrik ofrouderinin seriyaya (2027) gedəcəyi zaman, həm batareyalı Defender, həm də Mercedes-Benz EQG modelinə sifarin qəbuluna başlanmalıdır, odur ki, alman konserni üçün kifayət qədər oriyentirlər peyda olacaqlar.
Yeni ofrouderi hazırlayan Audi mühəndisləri, RS Q e-tron hibrid “ralli” prototiplərinin yaradılması zamanı əldə edilən təcrübədən yararlana biləcəklər. Yeni ofrouderin Quattro sisteminin yeni iterasiyasına, dəbdəbəli salona və qeyri-adi görünüşə malik olacağı gözlənilir.
Marc Lixte, açıq şəkildə, Audi dizaynerlərinin daha çox sərbəstliyə malik olduğunu bildirib, çünki alman markasının yeni ofrouderinin məşhur sələflərinə bənzəməsinə ehtiyac yoxdur. Beləliklə, stilistlər minik avtomobilləri üçün ənənəvi olan dizayn həllərindən imtina edərək, işə sıfırdan başlaya biləcəklər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.