Uzun müddətdir ki, yığcam premium krossoverlər seqmentində yerini möhkəmləndirşmiş model böyük bir yeniləmədən keçəcək. Şirkət emosional dizayn, “inamlı” görünüş və genişləndirilmiş rəqəmsal funksiyalar dəsti vəd edir. Audi şirkətinin rəhbərinin sözlərinə görə, Q3 modelinin yeni nəsli qlobal bazarda brendin mövqeyini möhkəmləndirməkdə davam edəcək. Yenilik brendin vacib model ailələrini əhatə edən böyük məhsul kampaniyasının bir hissəsi olacaq.
Audi Q3 modeli on ildən artıqdır ki, yığcam premium krossoverlər seqmentində alman markasını uğurla təmsil edir. Avtomobil istehsalçısının bildirdiyinə görə, birinci nəslin debütünən bəri dünya üzrə iki milyondan çox Q3 modeli satılıb satılıb. Şirkətin rəhbəri Gerhard Döllner Q3 krossoverini Audi model xəttindəki ən vacib məhsullarından biri olduğunu bildirib.
Krossoverin yeni nəsli həm dizayn, həm də texnologiya baxımından yeni standartlar müəyyən etməlidir. İstehsalçı eksteryerin özündə “inam” və ifadəliliyi birləşdirəcəyini, çoxsaylı elektron həlləriin isə, Q3 modelinin sahibi üçün onu əsl rəqəmsal tərəfdaşa çevirəcəyini vurğulayıb.
Audi özünün model xəttini əhəmiyyətli dərəcədə genişləndirəcəyini elan edib. Yeni Q3 ilə yanaşı, ilin sonunadək daha on hibrid model təqdim ediləcək ki, onlardan birincisi plagin A5 e-hybrid quattro modeli olub. Bu təşəbbüs Audi şirkətinin ekoloji cəhətdən təmiz nəqliyyata keçmə strategiyasının bir hissəsidir..
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.