Audi şirkəti “qaynar” modellərin istehsalına cavabdeh olan Quattro GmbH bölməsinin adını dəyişdirmişdir. Bundan sonra bu bölmə Audi Sport GmbH adlandırılacaqdır. Adın dəyişdirilməsi bölmənin fəaliyyətinə heç bir təsir göstərməyəcəkdir.

1983-cü ildə yaradılmış müəssisənin məsuliyyət məkanı və fəaliyyət sxemi əvvəlki kimi qalacaqdır. Nekkarzulmda yerləşən bölmə əvvəlki kimi  “qaynar” RS-modellərini  və R8 superkarını istehsal edəcəkdir. Bununla bərabər, bölmə avtomobillərin fərdiləşdirilməsi üçün gərək olan aksessuarların da buraxılışı ilə məşğul olacaqdır. Bölmənin adının dəyişdirilməsində əsas məqsəd adlar arasında qatmaqarışıqlığı aradan götürmək üçündür. Bildiyimiz kimi, quattro həmçinin Audi şirkətinin firma tam çəkiş sistemidir. Audi Sport GmbH şbölməsində 1200 nəfər əməkdaş çalışır. Bu ilin yazından bölməyə Lamborghini şirkətinin keçmiş başçısı Stefan Vinkelmann başçılıq edir. O, bu vəzifədə Hayns Hollerveqeri əvəz etmişdir. Növbəti 18 ay ərzində bölmə səkkiz yeni “bərkgedən” model buraxmalıdır. Bundan başqa, Audi Sport diler mərkəzlərinin sayını 370 ədəddən 600 ədədə artırmağı planlaşdırır.