Audi şirkəti R8 sportkarının elektriklə hərəkət edən modifikasiyası olan R8 e-tron quattro modelinin istehsalını dayandırıb. Yeni model rəsmi olaraq 2016-ci ilin yazında Cenevrə avtosalonunda adi Audi R8 sportkarı ilə birlikdə təqdim edilmişdi. Bu günə qədər alman şirkəti 100 ədədə yaxın belə avtomobil istehsal edib.

Audi R8 e-tron modelinin istehsalının dayandırılmasının əsas səbəbi avtomobilə olan aşağı tələbatdır. İstehsalın dayandırılması barədə Car&Driver nəşrinə şirkətin daxilindəki mənbə xəbər vermişdir. Eyni zamanda o, istehsal edilmiş elektrokarların dəqiq sayını söyləməkdən imtina etmişdir. Audi R8 e-tron bu günə qədər alman istehsalçısının rəsmi saytındakı konfiquratorunda görünməmişdir. Elektrokarı sifariş etmək üçün birbaşa Audinin mənzil-qərərgahına müraciət etmək gərək idi. Təsdiq edilməyən məlumatlara görə, elektrokarın satış qiyməti bir milyon avro təşkil edir.

Xatırladaq ki, Audi R8 e-tron modelinin Piloted Driving Concept adlı avtonom idarəetmə sistemi ilə təchiz edilmiş təcrübə variantı may ayında Şanxayda keçirilən CES məişət elektronikası sərgisində nümayiş etdirilmişdir. Audi R8 e-tron 462 at qüvvəsi olan iki elektromotorla hərəkətə gəlir. 100 km/saat sürətinə sportkar 3,9 saniyəyə sürətlənir. Batareyaların ehtiyatı 450 kilometr məsafə qət etməyə imkan verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt