Audi şirkəti RS Q3 modelinin 10-illik yubileyini nadir 10 Years Edition xüsusi versiyası ilə qeyd edir. “Bərkgedən” krossoverin yubiley nəşri 555 nüsxədən ibarət məhdud saylı tirajla buraxılacaqdır. Yubiley versiyası orijinaldan zəngin təchizatı, ikirəngli 21-düymlük təkər diskləri, zavod antixromu, qeyri-adi profili və karbondan örtüklü arxa hissəsi olan unikal idman oturacaqları ilə fərqlənir. Texniki dəyişiklik yoxdur, Avropada xüsusi versiya üçün 5990 avro əlavə ödəniş tələb olunur.
Audi RS Q3 10 Year Edition versiyasının xüsusiyyətlərini Chronos Grey boz metallik rənginə boyanmış kross-kupenin timsalında nümayiş etdiriblər - əvvəllər "kiçik" krossoverlər belə rəngə boyanmırdılar. Digər fərqlər arasında altı ikili milləri olan təkər diskləri və 225/35 R21 şinləri, tündləşdirilmiş matrsa fənərləri və antixrom paketi var.
Yubiley krossoverlərinin salonunda dəri və mikrofiber birləşməsindən üzlüyü, habelə karbonla örtülmüş arxa hissəsi olan ön oturacaqları, qapı və panellərdəki karbon örtmələri görmək mümkündür. Hər yerdə mis rəngli tikişlər olsa da, xüsusi versiyanın adı yazılmış lövhələr nədənsə yoxdur.
10 Years Edition tərtibatı həm RS Q3 Sportback kross-kupesi, həm də adi krossoverlər üçün əlçatandır, lakin onların ümumi tirajı 555 nüsxə ilə məhdudlaşdırılıb.
Texniki təkmilləşdirmələr yoxdur: bazardan asılı olmayaraq, xüsusi versiyanın kapotu altında 400 at qüvvəsi və 480 Nm fırlanma anı hasil edən beş silindrli turbomühərrik duracaqdır. Quattro tam ötürməsi və 7-pilləli “robotun” da alternativi yoxdur.
Almaniyada Audi RS Q3 modelinin baza versiyasının qiyməti 69 min avrodan başlayır, kross-kupe üçün isə, 1500 avro artıq ödəmək gərəkdir. 10 Years Edition yubiley tərtibatı isə 5990 avroya başa gələcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.