Keçən həftə Audi şirkəti əlamətdar hadisəni qeyd etmişdir. Alman şirkətinin Meksikadakı San-Xose-Çyapa şəhərindəki zavodunun konveyerindən quattro tam çəkiş sistemi ilə təchiz edilmiş səkkiz milyonuncu avtomobil çıxmışdır. Yubiley avtomobili tünd qırmızı rəngli Audi Q5 2.0 TFSİ modeli olmuşdur.
Alman istehsalçısının mətbuat xidmətinin dərc etdiyi mətbuat üçün açıqlamada quattro texnologiyasının 1980-ci ildə debüt etdiyi bildirilir. Hal-hazırda quattro sistemindən Audi şirkətinin yüzdən çox modelində istifadə edilir. Audi şirkətinin nümayəndələri bir sıra avtomobillər üçün quattro sisteminin standart avadanlıq olduğunu vurğulamışdırlar. 2015-ci ilin nəticələrinə görə, Audi tərəfindən satılmış avtomobillərin 44% tam çəkiş sistemi ilə təchiz edilmişdi.
Hazırda Audi şirkəti müəyyən modellər üçün quattro sisteminin müxtəlif növlərini təklif edir. Belə ki, şirkətin köndələn mühərrikli yığcam modelləri arxa oxda quraşdırılmış hidravlik çoxdiskli mufta ilə təchiz edilmiş sistem ilə təklif edilirlər. Orta mühərrikli Audi R8 sportkarında quattro sistemi ön öxda yerləşdirilmişdir. Bu sistemlər yol səhtinin vəziyyətindən asılı olaraq, bu aktiv sistemlər mühərrikin fırlanma anını optimal olaraq bölüşdürürlər.