Audi şirkəti təkmilləşdirilmiş MLB modul platformasında istehsal edilən və mühərriki uzununa yerləşmiş modellər üçün nəzərdə tutulmuş quattro tam çəkil sisteminin yeni növünü təqdim etmişdir. Quattro ultra adını almış yeni sistem, bu ilin ortalarında istehsalına başlanacaq Audi A4 allroad quattro modelinin yeni nəslidə debüt edəcəkdir. Quattro ultra’nın sələfindən olan fərqi mexaniki Torsen differensialının elektronika ilə idarə edilən çoxdiskli mufta ilə əvəz edilməsidir.
Yeni qurğu sürətlər qutusuna birləşdirilmişdir və vəziyyətdən aslı olaraq kardan valını birləşdirir və ya ayırır. Bununla bərabər, mühərrikin fırlanma anı daha bir mufta ilə - arxa oxdakı differensialda yerləşən yumruq şəkilli mufta vasitəsi ilə arxa təkərlərə ötürülür. Öz növbəsində differensial, kardan valının fırlanma tezliyi müəyyən həddə çatdığı anda öncədən basılmaqla yay vasitəsi ilə bağlanır və elektromexaniki ötürmə ilə açılır.
Şirkətdə bildirilir ki, yeni konstruksiya ön ötürmə lazım olan hallarda sürtünməyə sərf edilən itkiləri azaltmağa kömək edir. Bu zaman ön mufta fırlanma anını arxa oxa ötürən kardanı valını ayırır, arxa mufta isə açılaraq tam ötürmə sisteminin hissələrinin fırlanmasını dayandırır. Elektronika, təkər altında qeyri-stabil yol örtüyü olduğunu aşkarlayarsa, dərhal əsas muftanın bilrəşməsi üçün komanda verir.
İstifadə edilən mühərrikin gücündən aslı olaraq, mufta Magna şirkəti tərəfindən iki variantda - beş və yeddi diskli variantda istehsal ediləcəkdir.
Audi mühəndislərinin hesablamalarına görə, yeni mufta əvvəlkindən dörd kiloqram yüngül alınmışdır. Bundan əlavə, yeni sistem sayəsində şəhər şəraitində istisnar zamanı 100 kilometrə 0,3 litr yanacaq qənaət etməyə imkan yaradır.
Audi A4 allroad quattro modelindən sonra, quattro ultra sistemi Q5 krossoverinin ikinci nəslində və yeni A5 modelində quraşdırılacaqdır.
Hər iki modelin təqdimatı bu ilin sonuna kimi həyata keçirilməlidir.