Premium avtomobillər istehsalçısı olan Audi şirkəti İrlandiyanın «internet əşyaları» üzrə ixtisaslaşmış provayder şirkəti olan Cubic Telecom ilə tərəfdaşlıq haqqında müqavilə imzalamışdır. Artıq, alman markasının «Audi connect» əlavəsini dəstəkləyən multimedia sistemi ilə təchiz edilmiş yeni avtomobillərini quraşdırılmış SIM-kartılar ilə sifariş etmək mümkün olacaqdır. Hələlik Audi connect SIM xidməti ancaq Almaniyada əldə etmək olar ki, sonradan bu xidmətin Böyük Britaniyada da mümkün olacağı bildirilmişdir. Cubic Telecom şirkəti quraşdırılmış eSIM modulundan istifadə edir ki, sürücü arzulayarsa İrlandiyalı provayderin xidmətdən imtina edərək, şəxsi SIM-kartını istifadə edə bilər.

Audi şirkəti Cubic Telecom şirkətinin təklif etdiyi SIM-kartın əsas üstünlüyünün Avropa ölkələrində əlçatam limitsiz trafikin olması və sərhədləri keçən zaman operatorları dəyişdirmək məcburiyyətinin olmamasıdır. Cubic Telecom tərəfindən Audi A3, A4, Q2 və Q7 modellərinin alıcılarına üç illik internetə pulsuz abunə təklif edilir. Bunun üçün avtomobil MMI Navigation plus multimedia kompleksi ilə təchiz edilməlidir.

Əgər avtomobildə MMI Navigation sistemi quraşdırılmışdırsa, bu zaman abunə üç ay qüvvədə olacaqdır ki, üç illik abunəni əlavə haqq ödəməklə əldə etmək mümkün olacaqdır. Sonradan Audi connect SIM TT, R8, A6 və A7 modelərində də tətbiq ediləcəkdir.