Audi şirkəti yeni nəsil Audi A3 Sportback modelinin təqdimat tarixini açıqlayıb. Model sabah 3 mart tarixində onlayn şəkildə təqdim ediləcəkdir. Əslində A3 modelinin yeni nəsli Cenevrə avtosalonunda debüt etməli idi. Avtosalonun koronavirus epidemiyası səbəbindən ləğv edildikdən sonra, istehsalçılar onlayn təqdimatlara üstünlük vermək qərarına gəliblər.
Xatırladaq ki, bir müddət bundan öncə İnqolştadt istehsalçısı yeni Audi S3 modelinin kamuflyajlarını dərc edərək, müəyyən məlumatla bölüşüb. Yeni nəsil Audi S3 Sportback «qaynar» hetçbeki öndə McPherson, Arxada isə çoxqollu asqıya malik olan təkmilləşdirilmiş şassiyə sahib olacaqdır. İdarəetmə qabiliyyətini yaxşılaşdırmaq üçün, amortizator dayaqları yenilənib və çox güman ki, daha sərt asqı oymaqları quraşdırılıbdır. Eyni zamanda, hetçbek mütərəqqi xarakteristikalara sahib olan sükan gücləndiricisini də əldə edib.
S3 Sportback modelinin kapotun altında altında 310 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2.0 TFSI turbomühərriki yerləşəcəkdir. Mühərrik alternativsiz olaraq 7-pilləli iki muftalı S tronic «robotu» və quattro tam ötürməsi ilə tandemdə çalışacaqdır. Adi halda fırlanma anı oxlar arasında 50: 50 nisbətində bölünürr, lakin gərək olduqda fırlanma anı tamamilə oxlardan birinə yönəldilə bilər.
İlkin məlumata görə, yeni Audi S3 Sportback modeli ilk “yüzlüyə” 4,7 saniyəyə sürətlənir və maksimal sürəti 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırlacaqdır.
Cari Audi S3 modeli 2,0-litrlik «turbodördlük» ilə təchiz olunur . Mühərrikin hasilatı 310 at qüvvəsi və 380 Nm-dir (S tronic ilə 400 Nm). Yerindən 100 km/saata qədər hetçbek 5.3 saniyəyə sürətlənir. Modelin maksimal sürəti 250 km/saat həddində məhdudlaşdırılıb. «Qaynar» model üç versiyada təklif olunur: S3 Sportback, S3 Sedan və S3 Cabriolet.