Audi şirkəti yeni nəsil Q3 modelinin İspaniyada keçirilmiş təqdimat mərasimində 2019-cu il üçün yol xəritəsini nümayiş etdirib. Alman istehsalçısı bu il bir neçə yeni modelin və mövcud olan modellərin elektrik variantını təqdim edəcəkdir.
Bu ilin ikinci rübü də təqdimatlarla bol olmalıdır: İnqolştadt istehsalçısı Audi A6 Alrroad modelinin yeni nəslini və TT RS modelinin yenilənmiş versiyasını təqdim edəcəkdir. 2019-cu ilin üçüncü rübü isə təqdimatlar ilə bol olmalıdır: yenilənmiş Audi Q7 krossoveri, Q5 və A7 Sportback modellərinin elektrik e-tron modifikasiyaları, yenilənmiş A4 ailəsi, yeni Q4 və «bərkgedən» RS7 Sportback mıhz üçüncü rübdə işıq üzü görəcəkdirlər.
Dördüncü rüb də məhsuldarlığı ilə seçiləcəkdir. İlin sonunda Audi A8 bayraqdar sedanının e-tron modifikaisiyası, e-tron Sportback modeli, yeni nəsil A3 ailəsi, həmçinin RS ailəsinin yeni üzvləri RS Q3 və RS6 modelləri debüt edəcəkdir.
Mənbə: Periodismo Del Motor