Audi şirkəti «qaynar» modellərinə drift rejimini quraşdırmaq fikrindən imtina etmişdir. Bu barədə Motoring nəşrinə müsahibə verən Audi Sport bölümnün yeniliklər şobəsinin rəhbəri Stefan Rayl bildirmişdir.
Hazırda bir neçə istehsalçı xüsusi drift rejimi olan avtomobilləri təklif edir. Buna misal olaraq Ford Focus RS «qaynar» hetçbekini göstərmək olar ki, xüsusi olaraq quraşdırılmış Drift Mode düyməsi fırlanma anını bölüşdürən müəyyən tənzimləməri aktivləşdirir. Bundan başqa, Mercedes-AMG şirkəti də E63 sedanı üçün bənzər funksiyanı təklif edir - drift-rejimində tam ötürmə sistemi fırlanma anını məcburi şəkildə arxa oxa ötürür. Drift üçün xüsusi rejim McLaren 720S superkarında da mövcuddur.
Lakin, Stefan Rayl belə sistemləri gərəksiz olduğunu söyləmişdir: «Mən drift rejiminə yox deyirəm. Nə R8, nə RS3, nə RS6, nə də ki RS4 modelində drift rejim olmayacaq». O, həmçinin belə sistemlərdən xoşlanmadığını və onların heç bir mənasının olmadığını bildirmişdir. «Biz arxa şinlərin yandırılmasında bir məna görümürük. Bunun sürətə heç bir aidiyyatı yoxdur».
Audi Sport bölümünün yeniliklər şöbəsinin rəhbəri driftin onların avtomobillərinin «arxitekturasına» uyğun gəlmədiyini bildirmişdir. Onun sözlərinə görə, bu işlə məşğul olmaq üçün stabilizasiya sistemini söndürmək kifayətdir. Bundan öncə məlum olmuşdur ki, Audi 2018-ci ilin sonuna kimi altı yeni «qaynar» avtomobilin buraxılmasını planlaşdırır.