Mercedes komandasının DTM çempionatını tərk etməsindən sonra BMW və Audi komandaları yeni mövsümdə pilotların sayını altıdan səkkizə qədər artırmağa qərar veriblər. Hər istehsalçı bir özəl komandanı dəstəkləyəcəkdir.
Audi tərəfindən dərc edilmiş elanda yeni pilotların adı açıqlanmasa da, 2018-ci ildə İnqolştadt markasının rənglərini müdafiə edən altı pilotun yerlərini qoruyub-saxladıqları bildirilib.
Keçən il alman markasına qələbələr qazandırmış yeganə pilot olan Rene Rast Ceymi Qrin ilə birlikdə Team Rosberg komandasında yarışacaqdır. Robin Freyns və Niko Müller – Abt Sportsline, Loik Dyüval və Mayk Rokkenfeller isə Phoenix komandalarında çıxış edəcəkdirlər.
Bu il DTM çempionatında debüt edəcək WRT komandasındakı yerlərə namizədlərkeçmiş F1 pilotu Sergey Sirotkin, rally-kross çempionatının iştirakçısı Andreas Bakkerud və Makao Qran Prisinin mükafatçısı Saşa Fenestrazdır. Bu pilotlar bir müddət bundan öncə Xeresdə keçirilmiş testlərdə iştirak ediblər.