Audi şirkətinin idman bölüməsi R8 və TT modelləri üçün təkmilləşdirmələr proqramını hazırlayıb. Audi Sport Performance Parts dəsti hər iki avtomobilin çəkisini azaltmağa, R8 sportkarının aeridinamikasını ciddi şəkildə yaxşılaşdırmağa, TT modelinin kuzovunu sərtliyini artırmağa xidmət edir.

Audi mütəxəssisləri modellər üçün iki və ya üç mümkün tənzimləmələri olan dayaqları, həmçinin 20-düymlük yüngül təkər disklərini təklif edirlər. Nəticədə Audi TT modelinin çəkisi 7,2 kiloqram, Audi R8 sportkarının isə 8 kiloqram azalmış olur. Hər iki avtomobil üçün, kuzov parçaları və iri antiqanad da daxil olmaqla, karbondan hazırlanmış aerodiamik komponentlər təklif olunur. Bu komponentləri əldə etmiş R8 modelinin yerəbasma gücü 330 km/saat sürətində 100 kiloqram (ümumilikdə 250 kiloqram) artır. 150 km/saat sürətində isə, standart avtomobilə nisbətən yerəbasma gücü iki dəfə atrmış olur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, Audi TT modeli üçün havalandırma dəlikləri olan kapot və arxa oturacaqların yerində quraşdırılan əlavə dayaq da təklif edilir. Bu elementlər avtomobilin çəkisinə 20 kiloqram qənaət və kuzovun burulmaya qarşı sərtliyi artırmağa yardım edir. Audi TTS və TT RS modelləri üçün isə «ultrayüngül» Akrapoviç səsboğucu sistemini də sifariş etmək olar. RS versiyasının sürət məhdudiyyətini 280 km/saata çəkmək mümkündür. Hər iki avtomobil üçün interyerin təkmilləşdirilməsi də təklif edilir. Bunlara stilistik elementlər və sıfır nöqtəsi olan alkantara ilə üzlənmiş sükan aiddir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt