Audi Sport yenilənmiş R8 superkarının tizerini dərc edib. Yenilənmiş model hazırki avtomobildən bamperin tərtibatı və kapotun ucundakı üç hava girişi ilə seçilir. Əvvəllər bu həll yolu R8 LMS GT3 Evo yarış avtomobilində tətbiq edilmişdir.
Şayiələr görə, yenilənmiş Audi R8 modelinin «sadələşdirilmiş» variantını da hazırlayacaqdır. Bu variant RS4 Avant və RS5 modellərindən tanış olan 2,9-litrlik iki turbokompressorlu V6 mühərriki ilə təchiz ediləcəkdir. Lakin, marka nümayəndələri belə bir variantın olmayacağını israrla söyləyirlər. Eyni zamanda, R8 superkarının V10 mühərrikinin gücünü 640 at qüvvəsinə və 600 Nm fırlanma anına çatdırılacağı da ehtimal olunur. Hazırda mühərrik 610 at qüvvəsi və 560 Nm təklif edir.
Audi PB18 e-tron
Audi R8 modelinin növbəti nəslinin tamamilə elektrik güc qurğusu ilə hərəkətə gələcəyi ehtimal olunur. Yeni superkar bu günki avtomobildən ölçüləri və dizaynı ilə fərqlənəcəkdir. Gələcək R8 modelini təsəvvür etmək üçün Audi PB18 e-tron konseptinə nəzər salmaq kifayətdir.