Bu gün İnternet şəbəkəsində Audi Q2 krossoverinin “qaynar” variantının şəkili peyda olub. “S” indeksinə sahib olacaq yığcam krossoverin kütləvi təqdimat mərasimi oktyabr ayının əvvəlində işinə başlayacaq Paris avtosalonunda keçiriləcəkdir.
“Qaynar” Audi SQ2 krossoveri Audi S3 hetçbekindən tanış olan 2,0-litrlik benzin turbomühərriki ilə təchiz ediləcəkdir. Bununla belə, krossoverin kapotunun altında yerləşən mühərrik 10 at qüvvəsi zəif olacaqdır. Xatırladaq ki, Audi S modelində bu mühərrik 310 at qüvvəsi təklif edir.
Ehtimallara görə, Audi SQ2 modeli ilk “yüzlüyü” 4,8 saniyəyə toplayacaqdır. Krossoverin maksimal sürəti 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırlacaqdır. “Qaynar” krossover klirensi 20 millimetr azaldılmış klirensə, yeddi pilləli iki muftalı “robota”, öndə 340, arxada 310 millimetrlik əyləc mexanizmlərinə və işıqdiodlarından fənərlər sahibə olacaqdır.