«Auto Express» dərgisinin əldə etdiyi məlumata əsasən, Audi şirkəti keçən il təqdim etdiyi Q2 krossoverinin «qaynar» mofdifikasiyası üzərində çalışmalarını sürətlə davam etdirir. Ehtimallara görə, Audi SQ2 adını alacaq «qaynar» yığcam krossover Audi S3 modelindən alınmış 296 at qüvvəsi olan 2,0-ıitrlik dördsilindirli turbomühərriklə hərəkətə gələcəkdir. Britaniya nəşrinin iddia etdiyinə görə, bu məlumatları onlara alman konserninin daxilindəki mənbələri təqdim etmişdirlər. İlkin məlumatlara görə, Audi SQ2 modifikasiyası Böyük Britaniyada 33000 - 35000 funt sterlinq arasındakı qiymətlərlə təklif ediləcəkdir. Avtomobil standart olaraq məşhur quattro tam ötürməli çəkiş sistemi ilə təchiz ediləcəkdir.
«Qaynar» krossoverin təkmilləşdirilmiş sükan idarəetməsi sistemi, Quattro GmbH tərəfindən hazırlanmış daha aqressiv aerodinamik kuzov parçalarını və güclü əyləc mexanizmləri əldə edəcəyi ehtimal olunur.
Qeyd etmək lazımdır ki, bəzi məlumatlara əsasən Audi Q2 krossoverinin «bərkgedən» variantının olacağı da söylənilənlər arasındadır.
Saiyələrə görə, krossover Audi R3 Sportback modelinin 2,5-litrlik beşsilindirli turbomühərriki ilə də təchiz edilə bilər. Bu mühərriik 367 at qüvvəsinə və 465 Nm fırlanma anına malikdir. Çox güman ki, bu avtomobil RSQ2 adını da ala bilər. İstənilən halda, Audi şirkəti bu barədə açıqlamanı 2017-ci ildən tez verməyəcəkdir.