Casuslar yenilənmiş Audi SQ5 krossoverinin zahiri görkəmi üzərindəki sirr pərdəsini qaldırmağa müvəffəq olublar - krossoverin “qaynar” modifikasiyası test sınaqları zamanı obyektivlərə tuş gəlib. Audi SQ5 modeli S Line dəsti ilə təchiz edilmiş adi Q5 modelindən ciddi fərqlənəcəyini gözləmək lazım deyil: Audi SQ5 modeli xrom dekora və səsboğucu sistemin “dördlüləli” ucluqları ilə seçiləcəkdir.
Yenilənmiş Audi SQ5 modelinin seriyaöncəsi prototipində qırmızı rəngli əyləc supportlarından və firma emblemlərindən əsər-əlamət yoxdur, buna görə də, “qaynar” krossoveri güzgülərin gümüşü rəngli gövdəsi və ön bamperdəki gümüşü işləmələr, həmçinin digər S-modellərinə xas olan səsboğucu sistemin dörd çıxış borusunu təqlid edən xrom ucluqlar sayəsində ayırd etmək olar. Audi SQ5 modelinin seriya versiyasının orijinal radiator barmaqlığı və fərqli dizayna malik olan təkər diskləri ilə təchiz ediləcəyini gözləmək olar.
Audi SQ5 modelinin modernləşdirilməsinin qalan hissəsi adi Q5 modellərində həyata keçirilmiş ssenari üzrə aparılacaqdır: krossoverlər yeni aerodinamik kuzov dəstinə və üzvi işıqdiodlarından hazırlanmış işıq texnikasını əldə edəcək, daha effektiv multimedia sisteminə və genişləndirilmiş avadanlıqlar siyahısına sahib olacaqdır.
Mühərrik çeşidinə gəldikdə isə, bu sahədə dəyişikliklər gözlənilmir: ABŞ, Rusiya və Asiyada krossover 354 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik benzin turbomühərriki, Avropada isə 347 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən turbodizelin bazasında hazırlanmış mülayim hibrid güc qurğusu ilə təklif ediləcəkdir. Hər iki mühərrik 8-pilləli avtomatik transmissiya və quattro tam ötürməsi ilə təchiz olunacaqdır.
Yenilənmiş Audi SQ5 krossoverinin təqdimatı ilin sonuna qədər keçirilməlidir, lakin “qaynar” krossoverin debütündən öncə, alman şirkəti kupeşəklli Audi Q5 Sportback modeli üzərində sirr pərdəsini götürəcəkdir. Audi Q5 ailəsinin yenilənməli olan son üzvü - “bərkgedən” RS Q5 krossoveri Mercedes-AMG GLC 63 və BMW X3 M modelləri ilə rəqabət aparacaqdır.