Audi şikəti A8 L bayraqdar sedanının nadir modifikasiyasını təqdim etmişdir. Yeganə nüsxədə buraxılan altı qapılı limuzin istehsalçının Avropadan olan müştərisi tərəfindən sifariş edilmişdir. «Müstəsna uzunluqlu və dəbdəbəli sedanın» hazırlanmasına bir ildən artıq vaxt sərf edilmişdir. Əlavə iki qapının qoyulması üçün Audi şirkətinin mütəxəssisləri, ekstrudasiya olunmuş alüminiumdan istifadə edərək avtomobilin platformasının yanlarını və mərkəzi tunelini uzatmışdırlar.
Bundan əlavə, kuzovun qabaq dayaqları yenidən işlənmiş, damın konstruksiyası gücləndirilmiş, həmçinin baqaj hissəsi ilə sərnişin bölümü arasında ikiqat arakəsmə quraşdırilmışdır. Sonunda onlar avtomobili uzunluğu 2,4 metr olan süsədən hazırlanmış panoram tavanla təchiz etmişdirlər.
Avtomobilin təkərlərarası bazası 1,09 metr artaraq 4,22 metr təşkil etmişdir. Bayraqdar modelin qabarit uzunluğu 5,26 metrdən 6,36 metrə qədər artmışdır. Avtomobilin çəkisi 2418 kiloqrama bərabərdir. A8 L modelinin salonunda altı ədəd elektriklə tənzimlənən və ən yumşaq dəri ilə örtülmüş oturacaq quraşdırılmışdır. Üçüncü cərgəyə qədər uzadılmış mərkəzi konsol sayəsində avtomobilin salonunun arxa hissəsində soyuducu, multimedia sisteminin displeyini və klimat-kontrolun panelini yerləşdirmək mümkün olmuşdur.
Limuzin 310 at qüvvəsi gücü və 440 Nm fırlanma anı olan 3,0-litrlik benzin mühərriki ilə hərəkətə gəlir.
Güc aqreqatı səkkiz diapazonlu avtomatik sürətlər qutusu ilə birgə çalışır. Nadir limuzin 100 km/saat sürətini 7,1 saniyəyə toplayır və onun maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmışdır.
Audi A8 limuzininin təchizatına S8 modelindən alınmış əyləc mexanizmləri və 19-düymlük xüsusi təkər diskləri daxildir. Limuzinin ön və arxa fənərlərinə, qanunvericiliyin tələblərinə uyğun olaraq belə uzunluqda avtomobillər üçün mütləq olan əlavə işıq siqnalları quraşdırılmışdır.
«Autofil» nəşrinin məlumatına görə, unikal avtomobil Norveç kralı beşinci Haraldın taxta çıxmasının 25 illik yubileyi şərəfinə hazırlanmışdır.